SON XƏBƏRLƏR

Leyli və Məcnun"un 100 yaşı UNESCO-da qeyd olunacaq

2021.10.20, 07:36
Leyli və Məcnun"un 100 yaşı UNESCO-da qeyd olunacaq

Gunaz.tv
Leyli və Məcnun"un 100 yaşı UNESCO-da qeyd olunacaq Bununla bağlı nümayəndə heyəti Parisə gedəcək Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının 100 illiyi UNESCO-nun qərargahında da qeyd olunacaq. Nəzərdə tutulan bu işin reallaşması üçün bir qrup incəsənət xadimi Paris şəhərinə səfər edəcək. ("OLAYLAR"İA) Qeyd edək ki, yaxın günlərdə Luvr muzeyinin əzəmətli konsert salonunda dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 90 illik yubileyinə həsr olunmuş konsert də keçiriləcək. olaylar --------------------------------------------------------------------------- Azərbaycanla Ərəbistan müştərək filmlər çəkəcək Ekran işlərinin neft və qadın mövzusunda olması planlaşdırılıb Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan müştərək filmlər çəkəcək. Hazırda bu barədə danışıqlar gedir və yaxın zamanlarda mövzular müəyyənləşdiriləcək. Bu barədə "OLAYLAR"a məlumat verən bu ölkənin mədəniyyət və informasiya naziri İyad Bin Əmin Əl Mədəni artıq bir neçə mövzu üzərində düşündüklərini deyib: "Çox güman ki, filmlərdə Azərbaycanın yerləşdiyi coğrafi mövqeyi önə çəkiləcək. Həm də Azərbaycanla Ərəbistanda neft istehsal olunur, ola bilər ki, film bu haqda oldu. Bununla yanaşı hər iki ölkənin dəyərlərindən olan İslamın bu ölkələrdə necə təşəkkül tapması, o cümlədən qadın mövzusu da filmlərdə öz əksini tapacaq". Nazir onu da bildirib ki, filmlər silsilə şəklində olacaq. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar