SON XƏBƏRLƏR

Leysan yağışları şimal rayonlarına ciddi ziyan vurub

2021.10.20, 07:36
Leysan yağışları şimal rayonlarına ciddi ziyan vurub

Gunaz.tv
Leysan yağışları şimal rayonlarına ciddi ziyan vurub Çayların daşması insan tələfatı mlə nəticələnib Ölkəyə soyuq hava kütləsinin daxil olması ilə əlaqədar yağan leysan yağış bir sıra rayonlara ciddi ziyan vurub. Xüsusən, şimal-qərb rayonlarına düşən yağış tələfatla nəticələrib. Şimal rayonlarından olan Quba və Qusara yağan güclü yağış rayon ərazisindən axan çaylarda daşqın yaradıb. Qusar rayon İcra Hakimiyyətindən "OLAYLAR"a verilən məlumata görə, iyulun 7-də axşam saatlarından başlanan leysan xarakterli yağışlər rayon ərazisindəki çaylarda suyun səviyyəsinin yüksəlməsinə səbəb olub. Zindanmuruq, Ənig, Gündüzqala, Yuxarı Tahircal kəndləri ərazisindəki çaylarda yaranmış daşqın həmin istiqamətlərdə hərəkətin dayandırılmasına gətirib çıxarıb. Sel suları Qusar-Zindanmuruq, Qusar-Kuzun, Qusar-İmamqulukənd, Həzrə-Yuxarı Tahircal, Ənig-Cağar, Həzrə-Musuq yollarını yararsız vəziyyətə salıb, əhalini içməli su ilə təmin edən Yuxarı Ləyər-Qusar və Samur qəsəbəsinə gələn magistral su xəttlərinin bir hissəsini sıradan çıxarıb. Rayonun bəzi ərazilərində torpaq sürüşməsi təhlükəsi yaranıb. Bir sıra kəndlərdə fərdi təsərrüfatlara və əkin sahələrinə ciddi ziyan dəyib. Rayonun Suvacal kəndində inşa olunan məktəbin ərazisində tikilmiş istinad divarı yaranmış sel və sürüşmə nəticəsində dağılıb. Həzrə və Uqur çayları üzərindəki körpülərə ciddi ziyan dəyib. Leysan yağışlar nəticəsində rayonda yaranmış vəziyyəti aradan qaldırmaq üçün Rayon İcra Hakimiyyəti tərəfindən qərargah yaradılıb və rayon ərazisində mövcud bütün texnika təmir-bərpa işlərinə cəlb olunub. Hazırda rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Daşkəsən rayon icra hakimiyyətindən verilən məlumata görə, axşam saatlarından başlayan leysan yağış rayonda insan tələfatı ilə nəticələnib. Belə ki, "N" saylı hərbi hissənin tağım komandiri Rəsul Məmmədov çaydan keçərkən onu sel aparıb. Hazırda meyitin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir. Leysan yağışlar nəticəsində daha çox təhlükə Qoşqar çayı üzərindəki su ötürücüsündə yaranıb. Su ötürücüsündə qəza vəziyyətinin yaranması ətraf kəndlər üçün də təhlükə yaradır. Leysan yağışları nəticəsində yaranan güclü sel vətəndaşların fərdi evlərinə də ziyan vurub. Kənd təsərrüfatına dəyən ziyan ciddi narahatçılıq yaradır. Güclü sel xeyli sayda mal-qaranı aparıb. Bərqədə, Aşağı Daşkəsən və Molla Əhmədi kəndlərində torpaq sürüşməsi fərdi evlərə ziyan vurub. Elektrik dirəklərinin aşması, transformatorun sıradan çıxması bəzi kəndlərə elektrik enerjisinin verilməsində məhdudiyyət yaradıb. Şamaxı rayon İcra Hakimiyyətindən bildiriblər ki, sel suları küçələrə dolmaqla yanaşı 60-a qədər evin zirzəmisini altına alıb. Nəticədə rayondaxili və magistral yollarda nəqliyyatın iflic vəziyyətə düşüb. Qeyd edək ki, Şamaxıda yağan leysan yağışları ən çox rayonun mərkəzi küçələrinə, avtovağzala və rayon mərkəzi xəstəxanasına ziyan vurub. Bu ərazilərdə bir neçə avtomaşının su altında qaldığı bildirilir. Eyni zamanda, Ağsu aşırımında yaranan vəziyyət nəqliyyatın hərəkəti üçün məhdudiyyət yaratsa da, hazırda ərazidə hərəkətin bərpa olunması istiqamətində müvafiq işlər görülür. Məlumatda o da bildirilib ki, hazırda rayon ərazisində Fövqəladə Hallar Nazirliyinin bölgədəki bütün xidmətləri əraziyə cəlb olunub. Bununla küçələrdə və evlərin zirzəmilərindəki suların çəkilməsi prosesi həyata keçirilir. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar