SON XƏBƏRLƏR

İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

2021.12.01, 20:18
İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Gunaz.tv

Toivo Klaar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev Şarl Mişelin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Avropa İttifaqı Şurasının Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri, Cənubi Qafqazda əməkdaşlıq perspektivləri, postmünaqişə vəziyyəti və Ermənistan-Azərbaycan sərhədində noyabr ayında baş vermiş gərginliklə bağlı məsələlər müzakirə edilib.

Söhbət zamanı həmçinin bu ay Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinin gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Toivo Klaar helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlət başçısına başsağlığı verib. Prezident İlham Əliyev başsağlığına görə təşəkkür edib. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar