SON XƏBƏRLƏR

Əli Xameneyi Ərdoğanla görüşdə yenə İsraili günahlandırıb

2022.07.19, 10:33
Əli Xameneyi Ərdoğanla görüşdə yenə İsraili  günahlandırıb

Gunaz.tv

O, Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb.

İran dövlətinin lideri Suriyanın şimalına hücumun Türkiyə, Suriya və bütün bölgə ölkələrinin ziyanına olacağını deyib.

Xameneyi Türkiyə ilə İran arasında mübadilələrin və iqtisadi əməkdaşlığın həcmi və keyfiyyətinin mövcud potensialdan qat-qat aşağı olduğunu deyib. Onun sözlərinə görə, bunu aradan qaldırmaq və mübadilələri çoxaltmaq üçün iki ölkə prezidentləri görüşüb müzakirə aparmalıdır.

Görüşdə yenidən İsrail mövzusuna qayıdan Əli Xameneyi, "bölgə xalqlarının İsrailə qarşı olduğunu,  amma dövlət başçılarının buna əhəmiyyət vermədiyini" iddia edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini, ancaq bu ölkədə terrorçu qruplaşmaların olduğunu söyləyib.

"Suriya hökumətinin siyasi proseslərə başlamasını gözləyirik. Astana sammitində Suriya məsələsi gündəmdədir və biz yaxşı nəticələr əldə edəcəyimizə ümid edirik"-deyə, Ərdoğan bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar