SON XƏBƏRLƏR

Əli Xameneyidən Rusiya ilə bağlı paylaşım: "Baş verənlər Rusiya və İranı yaxınlaşmağa məcbur edib"

2022.07.20, 10:04
Əli Xameneyidən Rusiya ilə bağlı paylaşım: "Baş verənlər Rusiya və İranı yaxınlaşmağa məcbur edib"

Gunaz.tv

O, müxtəlif sahələrdə əməkdaşlığın hər iki tərəfin xeyrinə olduğunu yazıb.

"Dünyada baş verən hadisələr İran və Rusiyanın qarşılıqlı əməkdaşlıqlarının çoxalmasına ehtiyac olduğunu göstərir.

Uzun müddətli əməkdaşlıqlar hər iki ölkənin mənafeinə uyğundur. İki ölkə arasında  neft və qaz sahəsi də daxil olmaqla çox saylı razılaşma və müqavilələr mövcuddur. Onlar sona kimi təqib edilib və həyata keçirilməlidir"-deyə, Xameneyi özünün tvitter hesabında bildirib.

Qeyd edək ki, Əli Xameneyi bundan öncəki paylaşımında Vladimir Putinlə görüşündə Ukrayna müharibəsi ilə bağlı işlətdiyi ifadələri tvitter hesabında paylaşıb.

"Əgər siz Ukrayna məsələsində təşəbbüsü ələ almasaydınız qarşı tərəf buna təşəbbüs göstərib və müharibə başladacaqdı"-deyə, Xameneyi Putinlə görüşündə bildirmişdi.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar