SON XƏBƏRLƏR

Xamneyinin Təbrizdəki nümayəndəsi Türkiyəni "xəyanətdə" ittiham edib

2022.03.12, 08:30
Xamneyinin Təbrizdəki nümayəndəsi Türkiyəni "xəyanətdə" ittiham edib

Gunaz.tv

O, Türkiyəni "xəyanətdə" ittiham edib.

Ali-Haşim dünyada baş verən bütün müharibələrin kökündə Amerikanın durduğunu və bu ölkənin müharibələrdən qazandığını deyib.

O, başqa İran rəsmiləri kimi bir daha bundan öncəki mövqyini dilə gətirərək Rusiyanın Ukraynaya hərbi təcavüzünü Amerika və NATO-nun fitnəsinin nəticəsi olduğunu iddia edib.

Bununla yanaşı cümə imamı İsrail prezidentinin Türkiyə Cümhuriyyətinə rəsmi səfərinə toxunub və bundan Türkiyəyə qarşı istifadə etməyə çalışıb.

“İsrail prezidentinin Türkiyəyə səfəri minlərlə insanın etirazı ilə qarşılaşdı. Onlar Türkiyə rəsmilərinin İsraili qardaş adlandırmalarından hiddətlənib və Türkiyənin qardaşının Fələstin olduğunu bildirdilər.

Etirazçılar “biz hamımız Qasım Süleymaniyik” şüarları səsləndirərək Türkiyə rəsmilərinin dedikləri ilə razı olmadıqlarını göstərdilər”-deyə, əyalət mollası bildirib.

Ali-Haşim Türkiyə dövlət başçılarına xəbərdarlıq edərək deyib ki, dünənə kimi fələstinliləri qardaş adlandırdığınız halda, bu gün xəyanəkarlıq edib və qatil İsraili qardaş adlandırmağınız anlaşılan deyil.

Qeyd edək ki, Türkiyə ilə İsrail arasında münasibətlərin yenidən qurulması və iki dövlət arasında gərginliyin aradan qaldırılması uğrunda atılan addımlar İran mediasında ciddi müzakirələrə səbəb olub.

İran hökumətinə yaxın siyasi təhlilçilər bunun İranın bölgədəki maraqlarının zədələnməsinə, Türkiyə Cümhuriyyətinin nüfuzunun dahada artmasına səbəb olacağı barədə danışırlar.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar