SON XƏBƏRLƏR

Xameneyinin nümayəndəsi: "Nüvə bombası hazırlamaq üçün qabiliyyətimiz var və İsrailə hücum etməyə hazırıq"

2022.07.17, 12:58
Xameneyinin nümayəndəsi: "Nüvə bombası hazırlamaq üçün qabiliyyətimiz var və İsrailə hücum etməyə hazırıq"

Gunaz.tv

Strateji şuranın rəhbəri qeyd edib ki, İran bir neçə gün ərzində uranın zənginləşdirilməsi səviyyəsini 20%-dən 60%-ə qaldıra bilib və bu səviyyəni asanlıqla 90%-ə çatdıra bilər.

Xərazi nüvə danışıqlarının dirçəldilməsi üçün davam edən danışıqlar barədə də bildirib ki, merika tərəfindən danışıqların qorunub saxlanması ilə bağlı heç bir zəmanət yoxdur və bu, istənilən mümkün razılaşmanı çətinləşdirir.

Əli Xameneyinin müşaviri raket proqramı və İranın regional siyasətləri ilə bağlı istənilən danışıqları təslim olmaq kimi qiymətləndirib.

"Qonşu ölkələr tərəfindən təhlükəsizliyimizin hədəfə alınması bu ölkələrin və İsrailin birbaşa cavab zərbələrimizlə  qarşılanacaqlarına səbəb olacaq"-deyə, Xərazi bölgədə İran təhdidinə qarşı yaranacaq koalisiya ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar