SON XƏBƏRLƏR

Əli Xameneyinin bacısı qızı həbs olundu - FOTO

2022.11.24, 11:46
Əli Xameneyinin bacısı qızı həbs olundu - FOTO

Gunaz.tv

“Azad İran” xəbər verir ki, bu barədə siyasi fəalın qardaşı Mahmud Muradxani tviterdə yazıb.

O bildirib ki, bacısı noyabrın 23-də məhkəmə qərarını ona çatdırmaq üçün prokurorluğa gedərkən tutularaq həbsxanaya aparılıb.

Qeyd edək ki, vətəndaş cəmiyyəti fəalı olan xanım Muradxani bu il yanvarın 13-də Tehranda evinə qayıdarkən ETTELAAT tərəfindən həbs edilmişdi və may ayında 10 milyard tümən girov qarşılığında və istintaq müddəti başa çatanadək Tehran vilayətini tərk etmək məhdudiyyəti ilə müvəqqəti azadlığa buraxılıb.

1669275588_155751_61e536dca3cd3.jpg

Fəridə Muradxani həbsindən bir neçə ay əvvəl məhbuslara dəstək kampaniyasına start verib.

2018-ci ilin iyununda isə o, Sənəndəc şəhərinə getdikdən və İslam Respublikasına qarşı fəaliyyətə görə edam edilən siyasi məhbus Ramin Hüseyn Pənahinin ailəsi ilə görüşdükdən sonra həbs edilib. (modern.az)

 

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar