SON XƏBƏRLƏR

"Körfəzdə Cənubi Koreya gəmilərinin hərəkətinə qadağa qoyulmalıdır"-Xamneyinin nümayəndəsi

2022.04.20, 10:40
"Körfəzdə Cənubi Koreya gəmilərinin hərəkətinə qadağa qoyulmalıdır"-Xamneyinin nümayəndəsi

Gunaz.tv

O, İranın Cənubi Koreyadakı səfirinin Xarici İşlər Nazirliyinə çağrılmasından sonra bu təkliflə çıxış edib.

O, Cənubi Koreyanın bu ölkə banklarından olan İrana məxsus 7 milyard dollarıın dondurulmasına toxunub və bunun qarşılığında Cənubi Koreyaya qarşı sərt tədbirlər görülməsini istəyib.

H.Şəriətmədarinin ilk təhdidindən sonra Cənubi Koreyanın xarici işlər nazirinin müavini Yeo Seong Bae İranın Seuldakı səfiri Səid Badamçını çağıraraq ona xəbərdarlıq edib.

Cənubi Koreya dəfələrlə İranın öz banklarındakı aktivlərini azad etmək üçün bir yol axtardığını, ancaq Amerikanın İrana qarşı sanksiyaları qüvvədə qaldıqca Tehrana pul ödəyə bilməyəcəyini bildirib.

Bundan öncə 2020-ci ilin dekabr ayında İran İnqilab keşikçiləri Korpusu Cənubi Koreyanın neft tankerini oğurlayaraq 3 ay saxlayıb və bu ölkədən dondurulmuş pulların geri qaytarılmasını istəmişdi. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar