Əli Baqiri Kəni: “Razılaşmışıq ki, bir az istirahət etmək üçün danışıqları dayandıraq”

18.12.2021, 18:11

İran və Avropa ölkələri bir-birini Vyanada aparılan nüvə danışıqlarını dayandırmaqda günahlandırırlar.

Gunaz.tv Quote | Gunaz article

Vyanada Tehranla nüvə danışıqları aparan üç Avropa ölkəsi dekabrın 17-də İranı müzakirələri dayandırmaqda günahlandırıblar.

İranın danışıqlarda hansısa bir razılaşmanın əldə olunmasına meyilli olmadığını deyən Avropa ölkələri bildiriblər ki, müzakirələrin təxirə salınması İranın xahişi ilə olub.

“İranın danışıqları dayandırmaq üçün atdığı bu addımı ümidsizliyə səbəb olub”, -deyə üç Avropa ölkəsinin diplomatları bildiriblər.

İranın Vyanada dünya gücləri ilə danışıqlar aparan nümayəndə heyətinin başçısı Əli Baqiri Kəni isə bu gün jurnalistlərə açıqlamasında ölkəsinin danışıqları dayandırması ilə bağlı Avropa ölkələrinin dediklərini rədd edib.

Baqiri Kəni iddia edib ki, danışıqlar qarşılıqlı bir razılaşma ilə təxirə salınıb.

“Biz əvvəlcədən belə bir razılığa gəlmişdik ki, razılaşmanın ilkin mətni hazırlandıqdan sonra müzakirələri bir az fasilə verib istirahət edək. 

Hesab edirəm ki, əgər qarşı tərəf (Amerika və Avropa ölkələri-Red) İran İslam Respublikasının məntiqi mövqeyini qəbul etsə, müzakirələrin növbəti mərhələsi danışıqların on mərhələsi ola bilər”, -deyə Əli Baqiri Kəni bildirib.

Danışıqların növbəti mərhələsinin keçirilməsi tarixi konkret təyin edilməsə də, Rusiyanın Vyana danışıqlarında iştirak edən nümayəndəsi Mixail Ulyanov mediaya açıqlamasında müzakirələrin növbəti mərhələsinin dekabrın 27-də və ya 2022-ci il yanvarın 3-də başlana biləcəyi ehtimalından danışıb.

İran bildirir ki, ölkəyə qarşı tətbiq edilən bütün sanksiyaların ləğv olunması onun prioritetidir. Qərb tərəfi isə İranın bu tələbini rədd edərək, onun qəbuledilməz olduğunu bildirir. 
 
A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda bayram tətilləri zamanı baş verən yol qəzalarında yüzlərlə insan həyatını itirib

2023-03-31

gun az article

Ukrayna nüvə dövləti statusunu qaytarmaq istəyir- Petisiya hazırlandı

2023-03-31

gun az article

İran Daxili İşlər Nazirliyi hicabsızları hədələdi

2023-03-31

gun az article

Qubada soyqırımı qurbanlarının xatirəsi anılır

2023-03-31

gun az article

Blinken və Koen İranı müzakirə etdi

2023-03-31

gun az article

İranla sərhəddə əməliyyat: saxlanılanlar var

2023-03-31

gun az article

Ukrayna İran dronlarını məhv etdi

2023-03-31

gun az article

Rəştdə qadınlar mollanı bıçaqlayıb

2023-03-31

gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30