SON XƏBƏRLƏR

Əli Baqiri Kəni: “Əvvəl Amerika sanksiyaları ləğv etsin, onra biz nüvə fəaliyyətimizi azaldacağıq”

2021.12.30, 14:14
Əli Baqiri Kəni: “Əvvəl Amerika sanksiyaları ləğv etsin, onra biz nüvə fəaliyyətimizi azaldacağıq”

Gunaz.tv

O iddia ki, əgər qarşı tərəflər İran İslam Respublikasının istəklərinə ciddi yanaşsalar və bu xüsusda ciddi bir iradə ortaya qoysalar yeni bir razılaşmanın əldə olunması tezləşəcək.

“Hesab edirik ki, əgər Vyanada hər hansı bir razılaşma əldə olunacaqsa, əvvəlcə Amerika ölkəmizə qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməlidir. Məhz sanksiyalar aradan qaldırıldıqdan sonra biz nüvə fəaliyyətimizi azaldacağıq”, -deyə Əli Baqiri Kəni bildirib. 

Baqiri Kəni hazırda Vyanada aparılan danışıqlar prosesinin “müsbət” bir istiqamətdə irəlilədiyini iddia etsə də, Tehranla danışıqlar aparan tərəflər İranı müzakirələri ləngitməyə çalışmaqda günahlandırılaraq yeni bir razılaşmanın əldə olunması üçün fürsətlərin azalmasından və vaxtın sürətlə daralmasından xəbər verirlər. 

İranın nüvə proqramına dair Vyana danışıqları aprelin 20-də davam  etdiriləcək - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar