SON XƏBƏRLƏR

Li Ervin “Traxtur”a qayıtmayacaq

2021.10.20, 07:36
Li Ervin “Traxtur”a qayıtmayacaq

Gunaz.tv

GünAz TV: Bir müddət əvvəl Təbrizi tərk edən “Traxtur” futbol komandasının şotlandiyalı oyunçu Li Ervinın kluba geri dönməyəcəyi bildirilir.

 

Mediada yayılan məlumata görə, Li Ervinə “Traxtur”a qayıdacağı ilə bağlı son fürsət komandanın təlim-məşq toplanışına qədər verilmişdir, artıq komanda 5 gündür ki, Kiş adasında təlim-məşq toplanışı keçirir, lakin hələ də Li Ervindən xəbər yoxdur.

 

Azərbaycan klubunun məsulları ötən həftə Li Ervini yenidən komandaya qaytarmaq üçün cəhd göstərdiklərini bildirmişdir. Lakin görünür ki, xarici hücumçu heç bir şəkildə “Traxtur”a geri dönmək istəmir.

 

Klub bu boşluğu doldurmaq üçün yeni hücumçu axtarır. Bəzi mənbələr bu barədə klub rəhbərliyinin Rza Qoçannəjadla müzakirə apardığını yazır. Həmçinin yeni hücumçunun komandaya transfer edilməsi müddəti həddindən artıq uzandığı üçün, millətlər kubokundan sonra türkmən oyunçu Sərdar Azmunun “Traxtur”a gətiriləcəyi barədə şayiə güclənib. Lakin bu barədə klub tərəfindən konkret olaraq heç bir açıqlama verilməyib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar