SON XƏBƏRLƏR

Əli Şəmxani Azərbaycan rəhbərliyini təhdid etdi: “Şeytanın bədəli ağır olan tələsindən uzaq olun”

2021.10.20, 07:36
Əli Şəmxani Azərbaycan rəhbərliyini təhdid etdi: “Şeytanın bədəli ağır olan tələsindən uzaq olun”

Gunaz.tv

Əli Şəmxaninin tviti oktyabrın 15-i axşam saatlarında İranın SEPAH-a yaxın “Tasnim” saytında yaılıb.


“Tasnim” saytının yazdığına görə, İran İslam Rspublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Bakı rəsmilərinə "Şeytanın bədəli ağır olan tələlərindən çəkinməyi"  tövsiyə edib.


“Qonşuluq prinsip və tələblərinə məhəl qoymamaq, yalan və qeyri -konstruktiv bəyanatlar səsləndirmək xoş niyyətin nişanəsi  deyil. 


Dünya birliyinin narkotik maddələrlə mübarizədə qəhrəman kimi tanıdığı bir ölkəyə qarşı ittiham yağdırmaq, bu bəyanatları səsləndirən şəxsin sözlərini etibarsız etməkdən başqa heç bir təsiri yoxdur.

Şeytanın bədəli ağır olan tələlərindən muğayat olun”, -deyə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin “Twitter” hesabında paylaşdığı tvitində bildirilir.


Xatırladaq ki, oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən

iclasında çıxış edərək deyib ki, Azərbaycan 30 il müddətinə Ermənistan işğalı altında olmuş İran ilə dövlət sərhədinin 130 kilometrlik hissəsində nəzarəti bərpa edəndən sonra keçən bir il ərzində Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb.


“Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb.

Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”, - deyə Azərbaycan Prezidenti bildirib.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar