Ali Hərbi Məktəbdə hazırlıq proqramı Türkiyə modelinə uyğunlaşdırılıb-RƏSMİ

13.01.2022, 11:25

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin məktəbin ərazisindəki abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib.

Sonra hərbi məktəbin klubunda məktəbin zabit və kursantları, həmçinin professor, müəllim heyəti ilə görüş keçirilib.

Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himni səsləndirilib.

Müdafiə naziri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətini şəxsi heyətin diqqətinə çatdırıb.

Müharibə zamanı qardaş Türkiyənin mənəvi və siyasi dəstəyinin vacib rol oynadığı xüsusi vurğulanıb.

Yeni tədris ilinin başlanması münasibətilə şəxsi heyəti təbrik edən nazir Vətən müharibəsində hərbi məktəbin yetirmələrinin qəhrəmanlıq və şücaətlərini yüksək qiymətləndirdiyini qeyd edib.

Müdafiə naziri Azərbaycan Ordusunda yeni texnologiyalardan istifadə olunmaqla aparılan kadr islahatlarının Ordumuzun daha da güclənməsində mühüm rol oynadığını bildirib.

Ali Hərbi Məktəbdə hərbi mütəxəssislərin hazırlıq proqramının Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin hərbi məktəblərində tətbiq olunan proqramlara uyğunlaşdırılmasının Azərbaycan Ordusunda peşəkar zabit kadrlarının hazırlanması istiqamətində atılan mühüm addımlardan biri olduğu qeyd edilib.

Sonra general-polkovnik Z. Həsənov kursantların qayğıları ilə maraqlanıb, onlara tədrisdə və gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonda Müdafiə naziri hərbi təhsil sisteminin daha yüksək səviyyədə təşkili üçün müvafiq tapşırıqlar verib. (azpost.info)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbriz metrosunun "Danişqah-i Azad” stansiyası ləğv edilib-Tunel torpaqla doldurulub

2022-01-18

gun az article

Xalq qəhrəmanının xatirəsinə hörmətsizlik: Bağır xanın evi narkomanların sığınacağına çevrilib

2022-01-18

gun az article

Şərqi Azərbaycanda Omikron ştammına yoluxanların sayı artıb

2022-01-18

gun az article

Güclü qar səbəbindən Ərdəbildə 325 kəndin yolu bağlanıb-VİDEO

2022-01-18

gun az article

Qəzvinin 184 kəndi riskli bölgədə yerləşir-Mənzil Fondunun başçısından xəbərdarlıq

2022-01-18

gun az article

İranda etiraz aksiyaları çoxalıb: "Bu, hökumətə xəbərdarlıqdır"-Millət vəkili

2022-01-18

gun az article

Qərbi Azərbaycan əyalətində su ehtiyatı kəskin azalıb

2022-01-18

gun az article

Zənganda əhəmiyyətli yolun tikintisi yarımçıq qalıb-Hökumət pul ayırmır

2022-01-18

gun az article

Şərqi Azərbaycandan köç artıb: İşsiz gənclər başqa bölgələrə axışır

2022-01-18

gun az article

Şərqi Azərbaycan dəmir yolu işçilərinin əmək haqları ödənilmir

2022-01-18

gun az article

Şərqi Azərbaycanda yol qəzalarında ölənlərin sayı kəskin artıb

2022-01-18

gun az article

Şərqi Azərbaycanda iki alpinist itkin düşüb

2022-01-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib-VİDEO

2022-01-17

gun az article

Xiyavın iki meşə sahəsi təbii irs siyahısında qeydə alınıb

2022-01-17

gun az article

Mərənddə 304 çarpayılıq xəstəxananın tikintisi yarımçıq qalıb

2022-01-17

gun az article

Təbrizli rejissor Pəriya Şücaiyan İtaliyada keçirilən film festivalında mükafata layiq görülüb

2022-01-17

gun az article

Zənganda 3 min il yaşı olan tarixi əşyalar aşkar edilib

2022-01-17

gun az article

İranın Leylan şəhərində heykəl kompleksi qadın “hicabsız” olduğu üçün sökülüb

2022-01-17

gun az article

Urmu gölünün sahəsi bir il ərzində 1297 kvadrat kilometr kiçilib

2022-01-17

gun az article

Güclü qar yağışı Şərqi Azərbaycanda həyatı iflic etdi: Dərslər dayandırıldı, 250 kəndin yolu tamamilə bağlanıb

2022-01-17