SON XƏBƏRLƏR

Məlika Qaragözlü psixiatriya xəstəxanasından evə buraxılıb

2022.12.21, 12:12
Məlika Qaragözlü psixiatriya xəstəxanasından evə buraxılıb

Gunaz.tv

“Məlika Qaragözlü bu gecə hökmün icrası dayandırılaraq müvəqqəti olaraq psixiatriya xəstəxanasından evə buraxılıb. Bu, müalicə prosesi və həkim komissiyaları davam etməsi üçün edilib",-deyə, vəkil yazıb.

Məlika Qaragözlü iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

O, bundan öncə 2019-cu il oktyabrın 18-də Tehran Universitetinin qarşısında keçirilən etiraz aksiyaları zamanı da saxlanılıb və 6 ay həbs cəzasına məhkum edilərək Evin zindanına köçürülüb.

Cavidan  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar