SON XƏBƏRLƏR

Məlikanda xəstəxana binaları çatışmır: Yerli səhiyyənin problemləri xeyriyyəçilərin hesabına həll edilir

2021.10.20, 07:36
Məlikanda xəstəxana binaları çatışmır: Yerli səhiyyənin problemləri xeyriyyəçilərin hesabına həll edilir

Gunaz.tv

Təhsil və Səhiyyə nazirlikləri vəsait çatışmazlığını bəhanə edərək bu sahələrə aid yeni mərkəzlərin tikintisi, təmiri və texniki təchizatının təmin olunmasına budcə ayırmaqdan imtina edir.

Nəticədə yerli azərbaycanlı xeyriyyəçilər Təhsil və Səhiyyə Nazirliklərinin dövlət budcəsi hesabına görməli olduqları işi öz vəsaitləri hesabına yerinə yetirməyə məcbur olurlar.

Oktaybrın 12-də Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində "Xeyriyyəçiləri Təqdir" mərasimində çıxış edən Məlikan fərmandarı Nağı Məhəmmədi  bölgədə mövcud olan tibb ocaqlarında texniki avadanlıq və tibbi ləvazimatın çatışmazlığından danışıb.

O, bildirib ki, Məlikanın ən böyük tibb məntəqəsi olan “Farabi” xəstəxanasının tibbi ləvazimat və aparatlarla təmin olunması üçün cari günəş ilində yerli xeyriyyəçilər 5 milyard 200 milyon tümən vəsait ayırıblar.

Nağı Məhəmmədi  bununla yanaşı xeyriyyəçilərin koronavirus xəstələrinin müalicəsi üçün lazım olan oksigen balonlarının, dərman və başqa preparatlarının da azərbaycanlı xeyriyyəçilər tərəfindən təmin olunduğunu qeyd edib.

Məsələ ilə bağlı çıxış edən Məlikanın cümə imamı höccətülislam Əli Qaffari dövlətin və əlaqədar nazirliyin bu sahəyə laqeyd münasibətinə toxunmadan xeyriyyəçilərin işlərini yüksək qiymətləndirib və bu hərəkətin davamlı olmasına inandığını deyib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar