SON XƏBƏRLƏR

Lindsey Qraham: “İran hücum etsə, cavab tədbirimizdə bu ölkənin neft emalı zavodların da məhv edəcəyik”

2021.10.20, 07:36
Lindsey Qraham: “İran hücum etsə, cavab tədbirimizdə bu ölkənin neft emalı zavodların da məhv edəcəyik”

Gunaz.tv

GünAz TV: Senator Lindsey Qraham bildirib ki, İran Amerika və müttəfiqlərinə hücum etsə, neft emalı zavodlarının məhv edilməsi də daxil olmaqla, ən ağır bədəllər ödəyəcək.

 

O, İran rəsmilərinə xitabən qeyd edib ki, əgər neft ticarətini davam etdirmək istəyirsinizsə, bizə və müttəfiqlərimizə qarşı hücumlarınızdan, eləcə də dünyada terrorizmin himayədarı olmaqdan əl çəkin.

 

“İranın təcavüzü davam etdiyi təqdirdə, mən bu ölkənin neft ayırma zavodlarından birində işləyən işçilərin yerində olsaydım, özümə başqa iş tapardım”, - deyə senator Twitter səhifəsində yazıb.

 

Lindsey Qraham 3 gün öncə də İrana etdiyi xəbərdarlıqda bildirmişdi ki, mövcudiyyətini davam etdirmək üçün neftdən asılı olan ölkə çox ehtiyatlı olmalıdır.

 

Xatırladaq ki, New York Times qəzetində sentyabr ayında çıxan məqalədə qeyd edilirdi ki, ABŞ İranla müharibə başlayacağı təqdirdə, vuracağı obyektlərin siyahısını hazırlayıb və onların içərisində Abadan neft ayırma zavodu da var.

 

Abadan İranın benzin və digər neft məhsullarına olan ehtiyacının 1/5-ni qarşılayan böyük neft emalı zavodu hesab edilir.

 

Lindsey Qraham son statusunda Donald Trampın Barak Obamadan fərqli olaraq, İranın amerikalılara qarşı hücumuna ən kəskin formada cavab verəcəyini vurğulayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar