SON XƏBƏRLƏR

Blinken: “Ukrayna hər Rusiya tankı əleyhinə 10 sistemə sahib olacaq”

2022.04.04, 09:49
Blinken: “Ukrayna hər Rusiya tankı əleyhinə 10 sistemə sahib olacaq”

Gunaz.tv

Qeyd edək ki, Norveç hökuməti Ukrayna Prezidenti Volodimir Zelenskinin yerli parlamentə müraciətindən sonra tank əleyhinə silahların təhvil verilməsi barədə qərar qəbul edib.

Bundan əvvəl isə Böyük Britaniyanın Baş naziri Boris Conson NLAW və "Javelin" tank əleyhinə sistemlər üçün verilmiş 4 000 raketdən əlavə, Ukraynaya daha 6 min raketin tədarükünü vəd edib.

bu arada Rusiya qüvvələri Ukraynanın şərqinə və Donbas regionuna yenidən hücumla əlaqədar möhkəmlənməyə və yenidən təşkilatlanmağa davam edirlər.

Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, Rusiya dövləti ilə əlaqəli olan “Wagner” özəl hərbi şirkətinin muzdlulları da daxil olmaqla, Rusiya qoşunları əraziyə hərəkət etdirilir.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar