Blinken İranın Salman Rüşdiyə qarşı zorakılığa təhrikini pisləyib

15.08.2022, 08:24

Amerika Birləşmiş Ştatlarının dövlət katibi İran hökumətinin “Şər ayələr” romanının müəllifi Salman Rüşdiyə qarşı zorakılığa təhrik etməsini pisləyib və bunu nifrət yaradan hərəkət adlandırıb.

Gunaz.tv Quote | Gunaz article

Avqustun 14-də verdiyi açıqlamada Entoni Blinken Salman Rüşdini  böyük yazıçı adlandırıb və onun ümumbəşəri söz, din və əqidə azadlığı, mətbuat azadlığının müdafiəsində göstərdiyi səyləri yüksək qiymətləndirib.

O, bildirib ki, Amerika hökuməti Amerikada və dünyada Salman Rüşdiyə qrşı törədilən bu iyrənc hücumdan sonra vəziyyətdən narahat olanların yanındadır.

“Xüsusilə də İranın dövlət qurumları nəsillər boyu Rüşdiyə qarşı zorakılığı təhrik edir və İran hökumətinə bağlı media da son vaxtlar onun həyatına sui-qəsdi yüksək qiymətləndirir. Bu, iyrəncdir”-deyə, Amerikanın dövlət katibi bildirib.

Salman Rüşdiyə hücumdan sonra İran hökumətinə bağlı bir sıra media orqanları, o cümlədən İran rəhbərinin nəzarətində olan "Keyhan" qəzeti hücumu dəstəkləyib, "Keyhan"-ın məsul direktoru Hüseyn Şəriətmədari yazıb ki, Salman Rüşdiyə hücum edənin əlini öpmək lazımdır.

Qeyd edək ki, 75 yaşlı Salman Rüşdi avqustun 12-də Qərbi Nyu Yorkda çıxışa başlamazdan əvvəl hücuma məruz qalıb.

Salman Rüşdiyə hücum edən Nyu Cersi ştatının Fairviev şəhərinin 25 yaşlı sakini Hadi Mətər adlı müttəhim məhkəmədə özünə qarşı irəli sürülən ittihamları qəbul etməyib və günahsız olduğunu deyib.

Prokuror Hadi Mətəri ikinci dərəcəli qətl və ikinci dərəcəli hücumda ittiham edib.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18