SON XƏBƏRLƏR

Blinken: “ABŞ İranın pilotsuz uçan təyyarələr proqramının inkişafının qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcək”

2021.10.30, 07:08
Blinken: “ABŞ İranın pilotsuz uçan təyyarələr proqramının inkişafının qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcək”

Gunaz.tv

O bildirib ki, Amerika hökuməti bütün imkanlardan istifadə edərək İranın pilotsuz uçan hərbi təyyarələr proqramının inkişafının qarşısını almağa çalışacaq.


“Amerika Birləşmiş Ştatları İranın pilotsuz uçan təyyarələr proqramının inkişafını və onun bu sənayesinin lazımi avadanlıq, material və texnologiya ilə təmin edilməsinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcək.


Amerika həmçinin İranın regiona nüfuzunun və onun pilotsuz uçan hərbi təyyarələr vasitəsilə bölgədə apardığı dağıdıcı və təxribat xarakterli fəaliyyətlərinin qarşısını almaq üçün mövcud bütün imkanlardan faydalanacaq.


İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) özünün regionda dəstəklədiyi qruplaşmalara və yarımhərbi qüvvələrə həmin öldürücü pilotsuz uçan hərbi təyyarələr verərək bölgədə Amerika qüvvələrinə və beynəlxalq ticarət gəmilərinə hücum edib. Bunun isə hesab edirik ki, qarşısı alınmalıdır”, -deyə ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken bildirib. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar