Təbrizin “azaranjoman” xəbər saytının məlumatına görə, bu barədə Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri təşkilatının başçısı Əhməd Həmzəzadə açıqlama verib.
Gunaz.tv
Ə.Həmzəzadə mətbuata açıqlamasında deyib: “Liqvan pendiri dünyanın adlım və özünəməxsus keyfiyyəti ilə tanınan pendirləri sırasındadır. Səhənd dağının ətəklərində yetişdirilən heyvanların südündən əldə edilən bu pendir keyfiyyəti, dadı və qoxusuna görə dünyada səviyyəsində bəyənilir.
O, bir illik prosesdən sonra Liqvan pendirinin hazırlanma qaydasını Milli Əsərlər Siyahısına salmağa nail olduqlarını deyib.
Liqvan Təbrizin Meydan çay bölgəsində yerləşir. 219-cu ilin statistikasına görə kənddə 15 min 350 nəfər yaşayır. Səhənd dağının yaxınlığında yerləşən kəndin qış ayları şaxta, yaz və yay ayları isə mülayim olur.
Liqvanda pendiri 200 istehsalçı tərəfindən kənddə saxlanılan 65 min “Qızıl” cinsindən olan qoyunların südündən düzəldilir.
Pendir dünya səviyyəsində məşhurdur və Şərqi Azərbaycanın xarici ölkələrə, o cümlədən Avropa ölkələrinə ixracatında əhəmiyyətli yer tutur.
Ötən ilin iyun ayında Tehran televizyasında fars bölgəsinə məxsus başqa bir pendir növünün reklamı üçün Liqvan pendirinin keyfiyyəti haqqında aparıcının yanlış ifadəsi azərbaycanlılar arasında ciddi narazılığa səbəb oldu.
Bununla bağlı Təbrizin parlamentdəki nümayəndəsinin etirazından sonra bu “yanlış” düzəldildi və azərbaycanlılardan, liqvanlılardan üzr istənildi.
C.E

