SON XƏBƏRLƏR

Əlirza Fərşi ona qarşı zorakılıq edən kəşfiyyatçılara qarşı cinayət işinin açılmasını tələb edir

2021.11.29, 13:53
Əlirza Fərşi ona qarşı zorakılıq edən kəşfiyyatçılara qarşı cinayət işinin açılmasını tələb edir

Gunaz.tv

O, bununla əlaqədar Tehranın 33-cü bölgəsinin Ümumi və İnqilab Prokurorluğunun 3-cü bölməsinin müstəntiqinə məktub yazıb.

 Döyülmə və təhqir olunması ilə bağlı Əlirza Fərşinin qaldırdığı məsələ məhkəmə tərəfindən rədd edildiyi üçün siyasi məhbus etiraz məktubu yazmağa məcbur olub.

“21 iyul 2020-ci ildə həbs edildiyim zaman iki təhlükəsizlik məmuru tərəfindən təhqir olunmuşam və döyüldüyüm üçün bədən xəsarətləri almışam.

Məhkəmə işimdə də qeyd etdiyim kimi boğaz nahisəsindən aldığım zədə nəticəsində iki həftə qida qəbul etməkdə çətinlik çəkmişəm.

Bununla yanaşı sol gözümdən aldığım zərbə nəticəsində ciddi zədələnib və görmə qabiliyyətində problemlər yarandığı üçün cərrahi əməliyyata ehtiyac yaranıb”-deyə, Fərşi məktubunda qeyd edib.

Siyasi məhbus özünə qarşı mədalətsizlik edildiyini, məhkəmənin ədalətli keçirilmədiyini yazaraq, verilən qərardan və zorakı məmurlara qarşı qərar çıxarılmamasından narazılığını bildirib.

“Ədalətli məhkəmənin keçirilməsini tələb edirəm. İştirakımla mənə qarşı zorakılıq göstərən məmurların dindirilmə iclası keçirilməməsinə, hüquq və ləyaqətimi bərpa etmək üçün heç bir tədbir görmədiyinə etiraz edirəm”-deyə, Əlirza Fərşi təbii və insani hüquqlarının pozulduğunu yazıb.

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb.

Ə.Fərşi 2016-cı ildə, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib.

Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Nəhayət 2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. 

C.E
 

content_image_1638110871.jpg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar