SON XƏBƏRLƏR

Livanda britaniyalı jurnalist qətlə yetirilib

2021.10.20, 07:36
Livanda britaniyalı jurnalist qətlə yetirilib

Gunaz.tv

GünAz TV: Məşhur "Qevin Ford ilə səhər" adlı şounun aparıcısı olan jurnalist Qevin Ford noyabrın 27-də Livandakı (Lübnan) evində ölü tapılıb.

 

"Report"un yaydığı məlumata görə, bu barədə yerli "An-Nahar" qəzeti yazıb.

 

"Radio One" əməkdaşları radioaparıcı işə gəlmədiyi və həmkarlarının çoxsaylı zənglərinə cavab vermədiyi üçün yerli hakimiyyət orqanlarına müraciət ediblər.

 

Nəşrin məlumatına görə, aparıcının boğulmadan öldüyü, bununla belə əllərinin bağlı olduğu müəyyən edilib.

 

Həmçinin qeyd edilib ki, onun avtomobili oğurlanıb.

 

Hazırda qətlin motivləri və cinayətkarın şəxsiyyəti müəyyən edilməyib, təhqiqat aparılır.

 

Ford yerli "Radio One" radiostansiyasında 1995-ci ildən işləyib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar