SON XƏBƏRLƏR

Livanın cənubunda Hizbullahın yüksək rütbəli komandanlarından biri öldürülüb

2021.10.20, 07:36
Livanın cənubunda Hizbullahın yüksək rütbəli komandanlarından biri öldürülüb

Gunaz.tv

GünAz TV: İrana bağlı Livan Hizbullahının yüksək rütbəli komandanlarından biri sayılan Əli Məhəmməd Yünis bu ölkənin cənubunda öldürülüb.

 

Hizbullah məsələ ilə bağlı açıqlama yaymasa da, onun öldürülməsini Livan, İsrail, ərəbdilli bir çox saytlar, eləcə də İranın "Sepah" terror təşkilatına bağlı "Təsnim" və "Fars" agentlikləri xəbəri təsdiqləyiblər.

 

Xəbərlərə əsasən, o, şənbə günü axşam saatlarında öldürülüb. Hizbullah komandanının hansı şəraitdə ölməsi ilə bağlı isə ziddiyyətli məlumatlar var.

 

Xəbərlərdə Əli Məhəmməd Yunisin bədənində həm güllə, həm də bıçaq yarası izləri olduğu deyilir.

 

İsrailin xəbər agentlikləri onun avtomobillə hərəkət edərkən atəşə tutulduğunu bildirsələr də, "Təsnim" Əli Məhəmməd Yunisin İsrailin pilotsuz uçan aparatla həyata keçirdiyi hücum nəticəsində öldüyünü iddia edir.

 

Qeyd etmək lazımdır ki, Hizbullahın əks kəşfiyyat xidmətinin rəhbəri olan Əli Məhəmməd Yunis "Sepah"ın "Qüds Briqadası"nın öldürülmüş komandanı Qasım Süleymaninin Livanda ən yaxın həmkarlarından hesab edilirdi.

 

Qasım Süleymaninin yanvarın 2-dən 3-nə keçən gecə ABŞ tərəfindən Bağdad hava limanında öldürülməsindən sonra ötən 3 ay ərzində regiondan fəaliyyət göstərən yaraqlı qruplaşma komandanlarından ona yaxınlığı ilə seçilən bir neçəsi də öldürülüb.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar