SON XƏBƏRLƏR

Ölkəmiz Özbəkistanda Türk Dövlətləri IV Gənc Liderlərin Forumunda təmsil olunur

2022.06.03, 04:26
Ölkəmiz Özbəkistanda Türk Dövlətləri IV Gənc Liderlərin Forumunda təmsil olunur

Gunaz.tv

Bu barədə AZƏRTAC-a Türk Dövlətləri Təşkilatının Gənclər Platformasının üzvü olan "Demokratik Azərbaycan Naminə" gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud deyib.

“Bu gün Daşkənddə bir sıra görüşlər keçirdik. Sabahdan etibarən isə Forum qədim Buxara şəhərində öz işinə başlayacaq.

Azərbaycanın Türkiyə ilə münasibətlərinin son illərdə inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi eyni tarixi, soykökü və mədəniyyəti paylaşan digər qardaş türk dövlətləri arasında da münasibətlərin dərinləşməsinə və Türk Dövlətləri Təşkilatının güclənərək yeni qlobal güc mərkəzi kimi formalaşmasına həlledici təsir göstərir”,- deyə E. Behbud bildirib.

Onun sözlərinə görə, IV Gənc Liderlər Forumunun keçirilməsi də yenidən müxtəlif sahələrdə çalışan lider gənclərin pandemiyadan sonra bir araya toplanaraq inteqrasiya prosesinin sürətləndirilməsi və gələcək layihələrin müzakirə edilməsi baxımından mühüm önəmə malikdir: “Forum çərçivəsində media, gənclər siyasəti, mədəniyyət, sahibkarlıq, idman və digər mövzular üzrə panellərin keçirilməsi planlaşdırılır. 

Həmçinin Buxara şəhərinin Türk Dünyası Birinci Gənclər Paytaxtı elan olunması gözlənilir. Forum, eyni zamanda, Türküstan coğrafiyasında milli şüurun yüksəlməsi və müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq imkanlarından səmərəli istifadə olunması baxımından da əhəmiyyətlidir".

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar