SON XƏBƏRLƏR

Müəllimlərin etiraz aksiyasına çağırış edildi

2022.06.09, 09:46
Müəllimlərin etiraz aksiyasına çağırış edildi

Gunaz.tv

"Uca səslə bir daha bildiririk ki, məhbus müəllimlərin azadlığa buraxılması ilə bağlı son xəbərdarlığımızı edir, onların sərbəst buraxılmayacağı təqdirdə etiraz aksiyalarının davamlı keçiriləcəyini bildiririk"-deyə, iyunun 9-da yayılan çağırışda bildirilib.

Çağırışda bütün müəllim və sinfi qurumların fəalları iyunun 16-ı səhər saat 10-12 arası etiraz aksiyalarına qoşulmağa çağırılır.

Qeyd edək ki, "Müəllimlər həftəsi" ərəfəsində, mayın 1-də işləyən və təqaüddə olan müəllimlər və təhsil işçiləri İranın 40-dan çox şəhərində toplaşaraq tələblərinin yerinə yetirilməməsinə etiraz edib.

Bu eyləmlərdə  onlarla müəllim və bir çox həmkarlar ittifaqı fəalı həbs edilib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar