SON XƏBƏRLƏR

Almaniya Ukrayna büdcəsini dəstəkləmək üçün bir milyard avro ayıracaq

2022.05.20, 05:16
Almaniya Ukrayna büdcəsini dəstəkləmək üçün bir milyard avro ayıracaq

Gunaz.tv

Bunu Almaniyanın maliyyə naziri Kristian Lindner deyib.

Vəsaitlərin dövlət sisteminin səmərəliliyinin dəstəklənməsinə yönəldilməsi planlaşdırılır.

Lindner bundan əvvəl G7-nin ("Böyük Yeddilik") maliyyə nazirlərinin görüşündə qeyd edib ki, söhbət 2022-ci ilin büdcəsindən əlavə borclar yaratmadan ödənilməli olan qrantlardan gedir.

Xatırladaq ki, G7 ölkələri Ukraynaya 15 milyard dollarlıq maliyyə yardımı paketini təsdiqləmək niyyətindədir ki, bu da ölkənin üç aylıq ehtiyaclarını ödəməyə imkan verəcək. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar