SON XƏBƏRLƏR

Almaniya Ukraynaya "Gepard" artilleriya qurğuları verib

2022.07.25, 11:14
Almaniya Ukraynaya "Gepard" artilleriya qurğuları verib

Gunaz.tv

Bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikov deyib:

“Bu, Almaniyanın bizə vermək istədiyi silahların yalnız bir hissəsidir. Ümumilikdə biz 15 alman "Gepard"ı almalıyıq".

O həmçinin qeyd edib ki, Ukrayna Müdafiə Nazirliyi silah arsenalına müasir tankların, o cümlədən “Leopard” və “Abrams”ın daxil olması üçün dost ölkələrdə danışıqlar aparır.

O.Reznikovun sözlərinə görə, Ukrayna hərbçiləri ABŞ-dan alınan HIMARS raket sistemlərinin köməyi ilə Rusiyanın 50 sursat anbarını məhv edib: “Bu, Rusiyanın tədarük zəncirlərini kəsir və onları aktiv döyüş əməliyyatları aparmaq və Silahlı Qüvvələrimizi ağır artilleriya atəşinə tutmaq imkanından məhrum edir”.

Qeyd edək ki, daha əvvəl ABŞ rəsmiləri Ukraynaya 300 kilometrlik məsafəni vura bilən raketlər verməyə hazır olmadığını bildirmişdi. Onlar belə bir addımın Üçüncü Dünya müharibəsinə səbəb ola biləcəyini söyləmişdilər.

Hazırda Ukrayna Silahlı Qüvvələri Rusiyanın mövqelərinə zərbələr endirmək üçün 80 km-ə qədər mənzilli raketlərdən istifadə edir.

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar