SON XƏBƏRLƏR

Almaniya Ali Təhsil Mərkəzləri Rəhbərlərinin Baş Assambleyası güneyli alimlə bağlı bəyanat yayıb

2022.05.11, 14:45
Almaniya Ali Təhsil Mərkəzləri Rəhbərlərinin Baş Assambleyası güneyli alimlə bağlı bəyanat yayıb

Gunaz.tv

Assambleyanın başçısı professor Piter Andre Alet, məsələ ilə bağlı Almaniya ali təhsil müəssisələrinin rəhbərlərinin ümumi yığıncağından əvvəl çıxış edib.

“İran ölüm hökmünü icra etməklə İran-Almaniya akademik əməkdaşlığını daimi olaraq təhlükə altına salacaq və beynəlxalq akademik ictimaiyyətə arxa çevirmiş olacaq"-deyə, o bildirib.

Alet Əhmədrza Cəlalini dəstəkləməyə davam edəcəklərini və onun edam ediləcəyi təqdirdə bunun Universitetlər arası münasibətlərdə ciddi xələl gətirəcəyini deyib.

Bundan öncədə 2021-ci ilin martında İsveç və Almaniya Universitetlərinin prezidentlərinin konfransının təşkilatçıları Əli Xamneyiyə göndərdikləri məktubda Əhməd Rza Cəlalinin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırımışdılar.

Piter Andre Alet o zamanda İran hökumətinin Əhmədrza Cəlalini təkadamlıq kameraya salması və onu tibbi yardımdan məhrum etməsi işgəncə kimi dəyərləndirmişdi.

 “İranın insan haqlarına və akademik azadlığa məhəl qoymaması və görkəmli alimin həyatını məhv etməsi məni dəhşətə gətirir”-deyə, Alet bildirmişdi.

Güneyli alimin edam hökmünün qətiləşdiyi və onun may ayında edam ediləcəyi ilə bağlı xəbərlərin yayılmasından sonra beynəlxalq səviyyədə etiraz bəyanatları səsləndirilib.

Amerikanın Dövlət Departamenti, İsveçin Xarici İşlər Nazirliyi, Beynəlxalq Əfv Təşkilatı və başqa qurumlar İran hökumətini alimin edam hökmünü ləğv etməyə və onu azadlığa buraxmağa çağırıblar.

Əhmədrza Cəlali əslən güney azərbaycanlıdır və 2016-cı ildə İsveçdən İrana elmi konfransa səfər etdiyi zaman həbs olunub. 

Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini “İsrailə casusluq” ittihamı ilə edama məhkum edib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Azərbaycanlı alimın "cinayət işi" İranda müəyyən məhbuslara qarşı saxta ittihamla quraşdırılan bədnam "dosye"lərdən biridir.
Dosyedə ziddiyyətlərin olduğu ilə bağlı çoxlu faktların üzə çıxdığı bildirilir. 

Cavidan  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar