Almaniya parlamenti iranlı etirazçılara dəstəklə bağlı qanun layihəsini təsdiqləyib

10.11.2022, 09:35

Almaniya parlamenti ölkənin koalisiya hökumətinin iranlı etirazçılara dəstək, İslam Respublikasına təzyiqlərin artırılması və Hamburq İslam Mərkəzinin bağlanması ilə bağlı qanun layihəsini təsdiqləyib.

Gunaz.tv Quote | Gunaz article

Almaniyanın xarici işlər naziri gələn həftə İranın ümummilli qiyamını yatıranlara qarşı tətbiq ediləcək yeni sanksiyalar paketini elan edib.

İslam Respublikasına qarşı sanksiyaların genişləndirilməsini və Hamburq İslam Mərkəzinin bağlanmasını ehtiva edən bu qanun layihəsi Almaniyanın daxili təhlükəsizlik agentliyinin öz hesabatlarında mərkəz ekstremizmin yayılması və xaricdə iranlılara qarşı casusluq yeri kimi göstərdiyi bir vaxt təqdim edilib.

Almaniya parlamentinin üzvü Nils Şmid noyabrın 9-da parlamentin iclasında İran parlamenti üzvlərinin etirazçıların edam edilməsini dəstəkləməsinə toxunaraq "Rusiya Dumasının deputatlarına sanksiya tətbiq edildiyi kimi, İran parlamentarilərinə də sanksiya tətbiq edilməli" olduğunu deyib.

Millət vəkili Dərya Türk də həbsdə olan etirazçıların edamını tələb edən iranlı parlamentariləri boykot etməyə çağırıb.

“İran parlamentinin nümayəndələri etirazçıların edamını tələb ediblər, etirazlar zamanı 14 min nəfər həbs edilib”,-deyə, Almaniya parlamentinin başqa üzvü Qriqor Qizi bu qanun layihəsinin təsdiqlənməsi iclasında qeyd edib.

Almaniya parlamentinin digər üzvü Renata Alt da İranda dinc etirazların zorakılıqla yatırılmasına işarə edərək, İslam Respublikası hökuməti ilə nüvə müzakirələrinin dayandırılmasının lazım olduğunu vurğulayıb.

"İran qadınları hökumətdən qorxmur və bizim İslam Respublikası ilə üzləşməkdən qorxmağa haqqımız yoxdur",-deyə, o, bildirib.

Almaniya parlamentinin üzvü Norbert Rotgen də bu görüşdə İslam Respublikasına maksimum təzyiq və etirazçılara maksimum dəstək verilməli olduğunu qeyd edərək, iranlı etirazçıların lazımi dəstəyi ala bilmədiklərini düşündüklərini söyləyib.

Rotgen çıxışında həmçinin XİN-in SEPAH-ı Avropadakı terror qrupları siyahısına daxil etmək vədinin yerinə yetirilməməsini tənqid edib.

Almaniya parlamentinin başqa üzvü Kave Mənsuri də insanları İslam Respublikasının hakim olmadığı bir İran istədiklərini qeyd edib.

Digər tərəfdən Almaniyanın xarici işlər naziri Analena Berbuk müxalifət partiyalarının nümayəndələrinin sözlərinə cavab olaraq, İslam Respublikasına təzyiq göstərmək üçün digər Avropa ölkələri ilə məsləhətləşmələri davam etdirəcəyini açıqlayıb.

"Biz İran etirazlarının yatırılmasına görə məsuliyyət daşıyanlara qarşı növbəti sanksiyalar paketi üzərində işləyirik və gələn həftə təsdiqlənəcək.

Nə qədər lazımdırsa, iranlı qadın və kişilərin yanında olacağıq və öldürülən uşaqların səsini dünyaya çatdıracağıq",-deyə, xarici işlər naziri vəd verib.

O, araşdırma mexanizminin məcburi olması üçün BMT-nin İnsan Haqları Şurasında İranın vəziyyəti ilə bağlı xüsusi iclas keçirməyə çalışdıqlarını qeyd edib.

Almaniya hökuməti bundan öncə Avropa Birliyinin SEPAH-ın İrana qarşı yeni sanksiyalar paketinə daxil edilməsi ilə bağlı qərar verəcəyini açıqlayıb.

Almaniyanın xarici işlər naziri də söz verib ki, İslam Respublikası rəsmilərinə viza verilməsi məhdudlaşdırılacaq.

Eyni zamanda, Avropa Birliyi Şurasının prezidenti Çarlz Mişel də Avropa Birliyinin İran etirazlarını yatıranlara qarşı təzyiqlərinin davam etdiyini vurğulayaraq hazırda dinc etirazları yatırdığı üçün İran hakimiyyətinə qarşı daha çox sanksiyalar tətbiq etməyi düşünürüklərini söyləyib.

Başqa tərəfdən, Belçika Parlamentinin Xarici Əlaqələr Komissiyası da İranda qadınlara dəstək və insan haqlarının həyata keçirilməsi planını təsdiqləyib.

Noyabrın 11-də Belçika Parlamentində yekun təsdiq üçün səsə qoyulacaq bu plan, Belçika parlamentindəki İran əsilli nümayəndə Dərya Səfainin təşəbbüsü ilə hazırlanıb.

İnqilab Keşikçilərini Avropa Birliyinin sanksiya siyahısına salmaq, İranda nümayişçilərə qarşı zorakılığı pisləmək və iranlı qadınların mübarizələrini qeyd-şərtsiz müdafiə etmək bu planın ən mühüm hissələrindəndir.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27