SON XƏBƏRLƏR

Almaniya: "İran rejimi yaxın həftələrdə çökə bilər"

2022.11.02, 08:49
Almaniya: "İran rejimi yaxın həftələrdə çökə bilər"

Gunaz.tv

AB Almaniyanın basqısı ilə SEPAH-ı terrorçu qruplar siyahısına salmağı və İrana qarşı yeni sanksiyalar qoymağı planlaşdırır.

Amerika da bildirib ki, nüvə proqramının bərpası artıq Vaşinqtonun gündəmində deyil və molla rejiminin İran xalqını əzməsi və Tehranın Ukrayna savaşında Putinə hərbi yardımı bütün məlumatları dəyişib.

Bu bəyanatlar Qərbin, xüsusən Avropanın İranla bağlı siyasətindəki dəyişikliklərin əlamətləridir? AB-nin eksperti və məsləhətçisi Məcid Qolpur deyir:

Avropa və Amerikanın daxil olduğu Transatlantik Alyans Rusiya və İrana qarşı həyatının yeni mərhələsinə qədəm qoyub.

Bu fərqlə ki, bu gün bu koalisiyaya Yaxın Şərqin bir hissəsi də daxildir. Bu kontekstdə Almaniyanın SEPAH-ı terror qrupları siyahısına salmaq cəhdi Rusiya-İran ittifaqı qarşısında Avropa və Amerikanın bu yeni koalisiyasına böyük önəm verib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar