SON XƏBƏRLƏR

Almaniya səfiri: “Azərbaycan enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır”

2021.10.20, 07:36
Almaniya səfiri: “Azərbaycan enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır”

Gunaz.tv

Bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.

O bildirib ki, ölkələr arasında əməkdaşlıq energetika, ticarət, təhsil və islahat siyasətinin dəstəklənməsi üzərində qurulub. Beynəlxalq forumlarda və ikitərəfli əsasda Almaniya azərbaycanlılarla ermənilər arasında sülh və davamlı barışıq olması üçün xidmətlərini təklif edir.

“Fikrimizcə, ortaq mədəni irsimiz mühüm rol oynayır. Odur ki, tezliklə Azərbaycan hökumətinin mədəniyyət, təhsil, elm, gənclik və idman sahələrində əməkdaşlıq haqqında müasir ikitərəfli saziş təklifimizə münasibətini bildirəcəyini gözləyirəm. 

Bu sahələrdə, eləcə də peşəkar-texniki və təhsil təlimləri, məcburi köçkünlərin son otuz ildə işğal altında olmuş ərazilərə qayıdış üçün hazırlanması kimi sahələrdə ikitərəfli əməkdaşlıq çox müsbət nəticələr verə bilər. Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) Azərbaycanda iş görməkdə, o cümlədən yuxarıda qeyd etdiyim ərazilərdə görülən bərpa işlərində maraqlı olan Almaniya şirkətləri üçün platforma rolunu oynayır”, - səfir söyləyib.

İqtisadi əməkdaşlıq barədə danışarkən səfir V.Maniq pandemiyanın dünya ticarətinə, o cümlədən Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrə təsir etdiyini vurğulayıb.

“Ancaq əminəm ki, eniş uzun sürməyəcək. Həm Almaniya, həm də Azərbaycan iqtisadiyyatı pandemiyanın qlobal təsirindən kifayət qədər yaxşı qurtulub.

Enerji daşıyıcılarına tələbatın artması fonunda Azərbaycan Almaniyanın enerji təchizatının şaxələndirilməsi səylərində mühüm rol oynamağa davam edir. Azərbaycanın “yaşıl energetika” və hidrogen əsaslı energetika sahəsindəki strategiyası texnologiyalar təklif edən Almaniya şirkətləri üçün cəlbedici olacaq”, - diplomat əlavə edib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar