SON XƏBƏRLƏR

Almaniya Rusiya qazı və kömüründən imtina etdi

2022.02.24, 09:54
Almaniya Rusiya qazı və kömüründən imtina etdi

Gunaz.tv

Bununla bağlı Almaniyanın iqtisadiyyat naziri Robert Habek məlumat verib:

“Biz qaz və daş kömürü başqa ölkələrdən və daha böyük həcmlərdə almalı olacağıq. Ona görə ki, biz beynəlxalq hüquq prinsiplərinə əməl etməyən ölkədən belə yüksək asılılıqda qala bilmərik".

Almaniyalı nazir həmçinin bildirib ki, “Şimal Axını-2” kəmərinin işə salınması yaxın və ortamüddətli dövrdə mümkün olmayacaq.

Onun sözlərinə görə, Almaniyanın enerji təhlükəsizliyi hazırda təmin olunub: “İllik qaz tələbatımız 90 milyard kubmetrdir. Yeraltı qaz anbarlarımızın gücü 23 milyard kubmetr təşkil edir. Qış üçün maye qaz həcmlərinin də cəlb edilməsi mümkündür”. (musavat.com)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar