SON XƏBƏRLƏR

London-da Güney azərbaycanlılar Təşkilatı-nin Babək günü mərasimindən rapor (Əks)

2021.10.20, 07:36
London-da Güney azərbaycanlılar Təşkilatı-nin Babək günü mərasimindən rapor (Əks)

Gunaz.tv
London-da Güney azərbaycanlılar Təşkilatı-nin Babək günü mərasimindən rapor (Əks) baybek200807london01.jpg baybek200807london02.jpg Ulu Babəkin doğum gününün il-dönümü London Şəhərində Güney Azerbaycanlilar Təşkilatı (GAT-UK) tərəfindən qutlandı. 10 il bundan öncə, Güney Azərbaycan Millətçi ziyalıları tərəfindən BƏZZ Qalasina yürüş və ziyarət planının təməli qoyulmuşdur. Bəzz Qalasının ziyarəti, toplum arasında milli bir gün kimi qəbul olunmuşdur. Yay fəslinin əvvəlləri, tir ayının 2-ci həftəsinin sonunda Ulu Babəkin doğum günü münasibətilə bağlı, Azərbaycanlılar _özəlliklə Güneylilər_ Dünyanın müxtəlif ölkələrində şadlıq törənləri keçirirlər. Babək və Bəzz Qalasının illik Mərasimi Güney Azərbaycanda milli qurultay kimi adlandırılıb və “Güney Azərbaycanın milli hərəkatinda milli ruhun yuksəlməsində böyük rolu olmuşdur. Son illərdəç İranın Fars hakimiyəti tərəfindən Babək Xürrəminin il-dönümü ərəfəsində Kəleybər Şəhəri və Bəzz qalasının ətrafında hərbi nümayiyşlər keçirtmək bəhanəsi ilə və Güney Azərbaycanın milli fəallarını yaxalamaqla hər hiləyə əl atıb milli qurultayın davamlı icra olunmasında ciddi mümaniyətlər yaradıbdır. London Şəhərində yaşayan Azərbaycanlılar, bu il də ötən illər kimi bir araya toplaşıb və Babək günü münasibətilə bağlı şənlik gecəsi keçirtmişlər. Bu şənlik törəni, GAT-UK İdarə Heyəti tərefindən qonaqlara xoş gəldin deyərək, qisa bir şerilə Babək haqqinda başladı. Dillərdə əzbər oldu sözü Babəkin Qanına canına qızır qanmadı El içrə üzü ağ oldu Babəkin Başlanlşdan sonra, Əladdin bəy Babək və onun mübarizəsi haqqında çıxış edərək bu günkü Güney Azərbaycanda gedən milli hərəkətin, ulu Babəkin mübarizə yolundan necə təsir almasını vurğuladı. Məasim, Həsən bəy Cüdarı-nın neçə parça şer oxumağıyla devam edib və axşam yeməyindən sonra, milli musiqi və qonağların şadlıq və rəqslərilə sona çatdı. Güney Azərbaycanlılar Təşkilatının İdarə Heyəti, bu mərasimdə bütün iştirakçılardan yardımçılardan öz minnətdarlığını bilirərək, millətimizə uğur, vətənimizə azadlıq və abadlıq arzu edir. baybak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar