SON XƏBƏRLƏR

LONDON UNİVERSİTETİNDƏ AZƏRBAYCANA HƏSR OLUNMUŞ SƏRGİ AÇILMIŞDIR

2021.10.20, 07:36
LONDON UNİVERSİTETİNDƏ AZƏRBAYCANA HƏSR OLUNMUŞ SƏRGİ AÇILMIŞDIR

Gunaz.tv
LONDON UNİVERSİTETİNDƏ AZƏRBAYCANA HƏSR OLUNMUŞ SƏRGİ AÇILMIŞDIR londonuniversiteti.jpg Iyunun 3-də Britaniyada fəaliyyət göstərən “Odlar Yurdu” cəmiyyətinin təşkilatçılığı ilə London Universitetinin nüfuzlu Şərq və Afrika Tədqiqatları İnstitutunda (SOAS) “Azərbaycan: keçmişi, bu günü, gələcəyi” mövzusunda sərgi açılmışdır. Səfirliyimizin dəstəyi ilə keçirilən tədbirin açılış mərasimində diplomatik korpusun üzvləri, universitetin müəllim-tələbə heyəti, ölkənin tədqiqat mərkəzlərinin və akademik dairələrinin nümayəndələri iştirak etmişlər. Sərginin keçirildiyi salonda Azərbaycanın qədim və yeni tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı ilə bağlı məlumat və fotoşəkillərdən ibarət, eləcə də ölkəmizə qarşı erməni təcavüzünü və Qarabağın tarixini əks etdirən xüsusi stendlər düzülmüşdür. Bundan əlavə, sərgidə nümayiş olunanlarla bağlı xüsusi kataloq hazırlanmışdır. Tədbirdə Azərbaycan haqqında videofilm göstərilmiş, sonra isə ölkəmizin Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov çıxış etmişdir. O, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, müasir dövrdə həyata keçirilən siyasi kursu haqqında məlumat vermiş, keçirilən sərginin ölkəmiz haqqında həqiqətlərin Qərb ictimaiyyətinə çatdırılmasında əvəzsiz rol oynayacağını vurğulamış, “Odlar Yurdu” təşkilatına təşəkkürünü bildirmişdir. Bir ay davam edəcək sərgi SOAS kimi nüfuzlu elmi-tədqiqat və ali tədris ocağında keçirilən bu tipli ilk tədbirdir. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar