LONDONDA AZƏRBAYCANA HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR

2008-06-22 21:48

LONDONDA AZƏRBAYCANA HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR AzərTAc xəbər verir ki, iyunun 20-də Londonda “Azərbaycanın tərəqqiyə aparan yolu: iqtisadi, siyasi və xarici siyasət çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan

Gunaz.tv Quote | Gunaz article

LONDONDA AZƏRBAYCANA HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR AzərTAc xəbər verir ki, iyunun 20-də Londonda “Azərbaycanın tərəqqiyə aparan yolu: iqtisadi, siyasi və xarici siyasət çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutunun (İİSS), Münaqişələr və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsinin (LİNKS) təşkilatçıları olduğu konfransın açılış sessiyasında Böyük Britaniya Lordlar Palatasının üzvü lord Dabs, Prezidentin İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri, siyasi elmlər namizədi Elnur Aslanov, ölkəmizin Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov və İİSS-in baş direktoru Con Çipmən çıxış etmişlər. “Azərbaycan əsas enerji hasilatçısı və mühüm enerji nəqli ölkəsi kimi: əhəmiyyəti, potensialı və təhlükələr” mövzusunda birinci sessiyaya Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru Elxan Nuriyev sədrlik etmişdir. İclasda Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, “BG Group plc” şirkətinin nümayəndəsi Mehmet Ogutcu, Böyük Britaniyanın Biznes, Müəssisə və Tənzimləmə İslahatları Departamentinin nümayəndəsi Riçard Mərriot məruzə etmişlər. İqtisadi Təhqiqat Mərkəzinin (EİU) təmsilçisi Nikolas Redmanın sədrlik etdiyi “Davamlı iqtisadi islahatlar, diversifikasiya və davamlı inkişaf: Azərbaycanın qeyri-neft və qaz sektorunda iqtisadi potensialının realizə olunması” mövzusunda ikinci sessiyada Milli Məclisin iqtisadi siyasət daimi komissiyası sədrinin müavini Azər Əmiraslanov, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi Paul Henri Forestier məruzə etmişlər. Konfransın “Modern dövlət quruculuğu: Azərbaycanın dövlət idarəçiliyi və demokratik təsisatların qurulması sahəsində çağırışları” mövzusunda üçüncü sessiyasına LİNKS-in icraçı direktoru Dennis Sammut sədrlik etmişdir. İclasda Prezidentin İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri, siyasi elmlər namizədi Elnur Aslanov, Azərbaycan İnsan Hüquqları Fondunun prezidenti Tural Kərimli və Beynəlxalq Amnistiya təşkilatının nümayəndəsi Laurens Broers məruzə etmişlər. İİSS-nin təmsilçisi xanım Oksana Antonenkonun sədrlik etdiyi “Azərbaycanın xarici siyasəti: Qarabağ və digər məsələlər” mövzusunda sonuncu sessiyada Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev, LİNKS-in icraçı direktoru Dennis Sammut, NATO Parlament Assambleyasının müşaviri Simon Lunn və London İqtisadiyyat Məktəbinin professoru Roy Allison məruzə etmişlər. Məruzələrdə müstəqilliyin ilk illərində yaranmış çoxsaylı problemlərin həllində və dövlətçiliyin möhkəmləndirilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri, son illər ölkəmizdə müşahidə olunan iqtisadi artım, neft gəlirlərinin səmərəli idarə olunması istiqamətində həyata keçirilən tədbirlər, insan hüquqlarının qorunması ilə bağlı görülmüş işlər, xarici siyasətin əsas istiqamətləri və gələcək inkişaf strategiyası məsələlərinə toxunulmuş, bununla yanaşı, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yaranmış münaqişənin həll olunmamasının regional səviyyədə sıx inteqrasiyaya ciddi maneə yaratdığı bildirilmişdir. Hər sessiyanın sonunda iştirakçılar onları maraqlandıran müxtəlif məsələlər ətrafında öz mülahizə və suallarını məruzəçilərin diqqətinə çatdırmışlar. Tədbirdə Britaniya parlamentinin və bir sıra hökumət orqanlarının nümayəndələri, diplomatik korpusun təmsilçiləri, müxtəlif təhsil və tədqiqat təşkilatlarının rəhbərləri, bir sıra yerli və beynəlxalq mətbuat orqanlarının təmsilçiləri iştirak etmişlər. Konfrans başa çatdıqdan sonra Azərbaycanın Böyük Britaniyadakı səfirliyində tədbir iştirakçılarının şərəfinə ziyafət verilmişdir.
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Zənganda su böhranı yaşanır

2021-05-18

gun az article

İran PUA-sı Azərbaycan sərhədində uçuşlar edib-FOTOLAR

2021-05-18

gun az article

Güney Azərbaycanda koronavirus mənzərəsi: Əyalətlər üzə son STATİSTİKA

2021-05-18

gun az article

Urmuda etiraz aksiyası keçirilib

2021-05-18

gun az article

Axtarışda olan Azərbaycan vətəndaşları Tehranda aksiya keçirib-FOTO, VİDEO

2021-05-18

gun az article

Təbrizdə cinayətkar şəbəkə ifşa edildi

2021-05-18

gun az article

Qərbi Azərbaycan əyalətində 1100 tarixi əsər tapılıb

2021-05-18

gun az article

Şərqi Azərbaycanda su böhranı gözlənilir-Direktordan XƏBƏRDARLIQ

2021-05-18

gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17