Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı zorakılığına dair hesabat hazırlanıb

2020-08-21 15:08

ABŞ-ın Los-Anceles şəhərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən nifrət cinayətin araşdırılması məqsədi ilə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin, “MG Consulting” şirkətinin və Şəffaflıq Azərbaycan təşkilatının təşəbbüsü ilə yaradılan beynəlxalq işçi qrupunun hesabatı hazırlanıb.

Gunaz.tv Quote | Gunaz article

Kanal8 xəbər verir ki, hesabatda 11 şahidin ifadələri yer alır.


Bildirilib ki, hesabatın hazırlanmasında şahid ifadələri, yüzlərlə foto və video görüntülər təhlil edilib: “Aksiyada 3000-5000 arası erməni iştirak etdiyi halda azərbaycanlıların sayı 60 nəfərdən çox olmayıb. Mitinq sakit başlasa da, sonradan təhlükəli hal alıb və azərbaycanlılar mitinq olan meydanı tərk etmək istəyərkən, ermənilər onları binaların arasında, dar keçidlərdə yaxalayaraq, təzyiq göstəriblər. Hücum zamanı müxtəlif alətlərdən istifadə edilib”.


Hesabatda qeyd olunub ki, hadisə zamanı ümumilikdə 15-20 azərbaycanlı döyülüb, onlardan 7 nəfərinin xəsarəti daha ağır olub: “Hücum zamanı bir neçə azərbaycanlının əmlakına zərər dəyib. Ermənilər Azərbaycan bayrağına qarşı təhqiramiz münasibət göstəriblər, azərbaycanlılara qarşı təhqiramiz ifadələr işlədiblər. Eyni zamanda, mitinqdə ASALA terror təşkilatının emblemi olan köynək geyinmiş adamlar da olub”.


Hesabatda bir neçə məhkəmə təcrübəsi nümunə gətirilib.


Hesabatın məqsədi ABŞ məhkəməsinin mövcud cinayətə hüquqi qiymət verməsini təmin etməkdən ibarətdir.


Gələcəkdə də bu cür nifrət cinayətlərinin qarşısının alınması məqsədi ilə hesabat təkcə ABŞ dövlətinə deyil, dünyanın bütün dövlətlərinə və onların Xarici İşlər nazirliklərinə göndəriləcək.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Müdafiə Nazirliyi: Erməni hərbçilər döyüşlərdə iştirak etməkdən imtina edir

2020-10-22

gun az article

Türkiyənin Müdafiə naziri: "Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir!"

2020-10-22

gun az article

Azərbaycan Prezidenti: “Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək”

2020-10-22

gun az article

Düşmənin döyüş meydanında atıb-qaçdığı hərbi texnikalar- FOTO

2020-10-21

gun az article

Azərbaycanda son sutkada 714 nəfər COVID-19-a yoluxub, 176 nəfər sağalıb, 7 nəfər vəfat edib

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşüb

2020-10-21

gun az article

Baş Prokurorluq Qarabağda Ermənistan tərəfdən vuruşan muzdlu döyüşçülərlə bağlı 6 dildə videoçarx hazırlayıb

2020-10-21

gun az article

Pakistanda yaşayış binasında partlayış olub, ölənlər var

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb

2020-10-21

gun az article

Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edir

2020-10-21

gun az article

Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib

2020-10-21

gun az article

Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

2020-10-20

gun az article

Azərbaycan Prezidenti düşmənin itirdiyi hərbi texnikanın siyahısını açıqlayıb

2020-10-20

gun az article

Prezident İlham Əliyev: "Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir"

2020-10-20

gun az article

Ermənilərin atdığı mərmi Tərtərdə yaşayış evinə düşüb, 2 nəfər ölüb

2020-10-20

gun az article

Azərbaycan Ordusu düşmənin xeyli texnikasını və canlı qüvvəsini məhv edib - VİDEO

2020-10-20

gun az article

MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

2020-10-20

gun az article

Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır”

2020-10-20

gun az article

Pakistan XİN başçısı: “Qardaş Azərbaycan xalqının yanındayıq və onun özünümüdafiə hüququnu dəstəkləyirik” - YENİLƏNİB

2020-10-20

gun az article

Müdafiə Nazirliyi “Əsgərə Məktub Online” layihəsini təqdim edir - VİDEO

2020-10-20