SON XƏBƏRLƏR

Altı gün əvvəl həbs edilən fəhlə hərəkatının fəalı Əsəl Məhəmmədi Evin zindanının qadınlar korpusuna köçürülüb

2021.11.12, 13:58
Altı gün əvvəl həbs edilən fəhlə hərəkatının fəalı Əsəl Məhəmmədi Evin zindanının qadınlar korpusuna köçürülüb

Gunaz.tv

Bu barədə İrandakı hüquq müdafiəçiləri məlumat yayıb. 

Məlumatda gənc fəalın konkret nədə günahlandırılması açıqlanmasa da, onun ETTELAAT əməkdşları tərəfindən dindirilərkən müxtəlif təzyiq və zorakılıqlara məruz qaldığı bildirilir.

Yayılan məlumata əsasən, Əsəl Məhəmmədi noyabrın 6-da fəhlə hərəkatının digər fəalı Hirad Pirbudaqi ilə birlikdə ETTELAAT əməkdaşları tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb.

Həbsdən az sonra onun Evin həbsxanasında ETTELAAT Nazirliyinin nəzarətində olan 209-cu korpusda saxlandığı bəlli olub.

Şahidlərin dediyinə görə, ETTELAAT əməkdşları hər iki fəalın mənzilinə basqın edərək, evlərində axtarış aparıb, onlara məxsus bir sıra şəxsi əşyaları götürdükdən sonra onları ailə üzvlrinin gözü qarşısında zorakılıqla tutub aparıblar.

Bildirilir ki, Əsəl Məhəmmədi əvvəllər də fəhlə həmkarlarının hüquqlarını dinc şəkildə müdafiə etdiyinə görə bir neçə dəfə həbs edilib.

عسل محمدی به بند زنان زندان اوین منتقل شد - خبرگزاری هرانا 
 
A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar