SON XƏBƏRLƏR

“Altılıq” platformasının üzvləri Moskvaya toplaşır

2021.12.10, 08:47
“Altılıq” platformasının üzvləri Moskvaya toplaşır

Gunaz.tv

Toplantı Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyənin iştirakıyla baş tutacaq. Gürcüstan bu toplantıya qatılmaqdan imtina edib.

"3+3" sülh platforması ideyasını Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə ötən il Qarabağ müharibəsindən sonra gündəmə gətiriblər. Ermənistanla diplomatik münasibətləri olmayan Ankara bu platformanın İrəvanla əlaqələri normallaşdıra biləcəyini deyib.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə bugünkü tədbirdə xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunacaqlar.

Ermənistanla Türkiyə 2009-cu ildə əlaqələrin bərpası və birgə sərhədin açılması üzrə saziş imzalasa da, sənəd ratifikasiya olunmayıb, əlaqələr gərgin olaraq qalıb.

Ankara bildirib ki, Ermənistan müsbət addımlar atarsa, buna qarşılıq verəcək və İrəvanı sülh platformasına qoşulmağa dəvət edib.

Müharibə bitəndən sonra Rusiya və Türkiyə Qarabağda Birgə Monitorinq Mərkəzi yaradıblar.

Gürcüstanın Xarici işlər naziri David Zalkaliani oktyabrın 7-də bildirib ki, ölkə böyük geosiyasi layihələrdə “hansısa formada” təmsil olunacaq, “şübhəsiz ki, dövlət maraqları, yaxud işğalçıya hansısa güzəştlər hesabına deyil”. Zalkaliani daha öncə demişdi ki, ölkə ərazisinin 20%-ni işğal etmiş Rusiya ilə birgə hansısa formatdan söhbət gedə bilməz.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov isə Gürcüstanın “3+3” formatına qoşulacağına ümidvar olduğunu deyib. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar