SON XƏBƏRLƏR

"Molla rejimi dalana dirənib"-Bəluç din xadimi

2022.11.25, 14:44
"Molla rejimi dalana dirənib"-Bəluç din xadimi

Gunaz.tv

O, bu gün noyabrın 25-də cümə namazı çıxışında İslam Respublikası rejiminin 43 il hakimiyyətdən sonra dalana dirəndiyini bildirib.

Noyabrın 24-də Cenevrədə BMT İnsan Haqları Şurasının İranla bağlı iclasını xatırladan Moləvi Əbdülhəmid, İslam Respublikası hakimiyyətini öz zəifliklərini etiraf etməyə çağırıb.

O, bundan öncə hakimiyyətdə olan islahatçıları da tənqid edərək, onları həqiqətləri xalqdan gizlətdiklərini, xalqa qarşı sədaqətli olmadıqları üçün heç bir ictimai bazaya sahib olmadıqlarını söyləyib.

İran zindanlarında saxlanılan etirazçılara işgəncə verildiyi və təcavuzə məruz qaldıqları ilə bağlı məlumatlara toxunan cümə imamı etiraz aksiyalarında saxlanılan bütün məhbusların azad edilməsini tələb edib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar