SON XƏBƏRLƏR

LUJKOV UKRAYNADAN KRIMI İSTƏYİR

2021.10.20, 07:36
LUJKOV UKRAYNADAN KRIMI İSTƏYİR

Gunaz.tv
LUJKOV UKRAYNADAN KRIMI İSTƏYİR 34218_1 Moskva meri bunu belə əsaslandırır ki, Krım Ukraynaya verilərkən hüquq normalarına əməl olunmayıb İ.BALIOĞLU Özünün heyrət doğuran bəyanatları ilə tanınan Moskva meri Yuri Lujkov bu sıradan növbəti açıqlamasını səsləndirib. Bu dəfə cənab Lujkov deyib ki, Rusiya və Ukraynanın münasibətlərində elə bir zaman yetişib ki, keçmişin səhvlərini düzəltmək və ümumi gələcəyi qoruyub saxlamaq gərəkdir. Bunun üçün Ukrayna ona mənsub olmayanı - Krımı və Sevastopolu qaytarmalı və Rusiyaya münasibətdə öz siyasətini dəyişdirməlidir ("Novosti"). Bunu Rusiyada real hakimiyyət sahibi sayılan bir neçə adamdan biri, özü də mətbuat səhifələrində deyir. Bu onun öz subyektiv fikridir, yoxsa Rusiya rəhbərliyinin sözçüsü qismində çıxış etməklə ali rəhbərliyin fikrini Kiyevin nəzərinə çatdırır - anlaşılmır. Qeyd edək ki, bu məsələ birinci dəfə deyil səsləndirilir - hər dəfə Ukrayna Qərbə sarı kəskin dönüş edəndə Rusiya rəhbərliyində kimlərin dilindənsə bu iddia, eləcə də buna əlavə olaraq Ukraynanın bəzi şərq vilayətlərinin qoparılaraq Rusiyaya birləşdirilməsi lüzumu ictimai fikirdə fəal surətdə hallandırılmağa başlayır. "Krımın qaytarılması"na dair Lujkovun səsləndirdiyi ssenariyə görə, Rusiyanın bunu etməsi çox asandır - yəni Ukrayna ilə "Böyük Müqavilə"dən çıxmağı elan edir və hər şey öz yerini alır. Rusiyanın qarşısında 80 gün vaxt var, yəni 1 oktyabr 2008-ci ilə qədər öz sözünü deyə bilər. Lujkov iddia edir ki, Ukraynada cərəyan edənlər "Böyük Müqavilə"nin ruhuna ziddir. Cənab merin o biri arqumenti budur ki, Ukrayna XVIII yüzilin sonlarında II Yekaterinanın fəthləri əsnasında Rusiyanın tərkibinə daxil olub. Təkcə onu xatırlatmır ki, o zaman Krım müstəqil bir türk dövləti idi və Krım xanları tərəfindən idarə olunurdu. Özü də bu dövlətin əraziləri Krım yarımadasının hüdudlarından kənara çıxırdı. Rusiya onun olmayan bu ölkəni tutmuş, əhalisinin bir hissəsini qılıncdan keçirmiş, bir hissəsini Osmanlıya köçə məcbur etmiş, buraya çoxlu rus köçürülüb gətirilmiş, yerdə qalan türk-müsəlman əhali (Krım tatarları) isə 1944-cü ildə Stalin tərəfindən Özbəkistana sürgün edilmişdi. Lujkov deyir ki, bu torpaq heç vaxt Ukraynanın tərkibində olmayıb (onadək əslində heç vaxt Rusiyanın tərkibində də deyildi və onunla müharibələr aparırdı). Növbəti arqument: Nikita Xruşşov Krım vilayətini Ukraynaya hüquqi normalara və inzibati-ərazi sərhədlərinin dəyişdirilməsinə dair konstitusiya prosedurlarına əməl edilmədən volyuntarist qaydada verib, yəni RSFSR üzrə ümumxalq referendumu keçirilməyib. Bundan başqa, Krım Ukraynaya verilərkən Sevastopol onun tərkibindən çıxarılaraq birbaşa RSFSR-ə tabe edilmişdi. Belə bir statusa Sevastopoldan başqa, Moskva və Leninqrad malik idilər və bu status 1991-ci ilə qədər qalırdı və şəhər Hərbi-Dəniz Donanmasına tabe idi. Lakin qarşı tərəfin başqa arqumentləri var: Ukraynanın indiki ərazisi dünya birliyi və o cümlədən Rusiya tərəfindən tanınıb. Rusiya və Ukrayna arasında ittifaq müqaviləsi vardı və ərazilər qarşılıqlı surətdə tanınırdı. O halda Moskva merinin bu mülahizələri planlaşdırılan hansı yeni kataklizmlərdən xəbər verir? ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar