Lukaşenko: "Azərbaycan ilə münasibətləri qoruyub saxladıq və inkişaf etdirdik"

2021-07-26 14:35

"Azərbaycan və Belarus münasibətləri nəinki qoruyub saxladı, hətta inkişaf etdirdi".

Gunaz.tv Quote | Gunaz article

Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko bu ölkədə diplomatik missiyasının başa çatması münasibətilə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovu qəbul edərkən bildirib.

Prezident iki xalq arasında mehriban və sıx dostluq münasibətləri qurulduğunu vurğulayıb.

“Biz tez-tez bunu “qardaşlıq münasibətləri” adlandırırıq. Bu, Sovet İttifaqı dövründən qalma yaxşı münasibətlər nümunəsidir: bir vaxtlar biz eyni dövlətin tərkibində olarkən yaxşı, gözəl münasibətlərimiz var idi. Biz bu münasibətləri nəinki qoruyub saxladıq və inkişaf etdirməyə nail olduq. Təbii ki, sizin də bu işdə payınız az deyil. Siz xalqımızın əsl dostusunuz. Ümid edirəm ki, bundan sonra harada işləməyinizdən asılı olmayaraq, Belarus hər zaman qəlbinizdə qalacaq”, - A.Lukaşenko görüş zamanı deyib.

O, Belarusda baş verən mürəkkəb proseslərə anlayışla yanaşdığına görə azərbaycanlı diplomata minnətdarlığını bildirib.

Prezident həmçinin Belarus tərəfinin ötən il Azərbaycan və Ermənistan arasında kəskinləşmiş münaqişədən narahatlıq keçirdiyini söyləyib: “Əsasən Azərbaycanın və Prezidentinizin tutduğu mövqe sayəsində vəziyyəti sabitləşdirməyə və mövcud problemlərin sülhlə həlli yoluna gəlməyə nail oldunuz. Əlbəttə, sülhə aparan yol hələ indi başlayır. Həm erməni, həm də Azərbaycan xalqı sakit, dinc həyata layiqdir”.

Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin inkişafı haqqında danışarkən A.Lukaşenko Belarusun hər zaman texniki və texnoloji yardım göstərməyə hazır olduğunu, Belarusa karbohidrogen xammalının tədarükünə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Səfir Lətif Qəndilov Azərbaycan və Belarus münasibətlərinin möhkəm əsasa malik olduğunu, qarşıya vacib məqsədlər qoyduqlarını bildirib: “Bu illər ərzində qarşıya qoyulan bütün məqsədlərə çata bildik. Aramızda həll edilməmiş məsələlər, həll edilməmiş problemlər yoxdur. Belarus bizim üçün qardaş dövlətdir". (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan polisi qondarma “bayrağ”ı süngü ilə qazıdı - VİDEO

2021-09-17

gun az article

Qlobal istiləşmə bəşəriyyəti qarşısıalınmaz fəlakətə yaxınlaşdırır- BMT-dən hesabat

2021-09-17

gun az article

Ərdoğan: “Türkiyə qədər faciələr qarşısında prinsipial davranan ikinci bir ölkə yoxdur”

2021-09-17

gun az article

Dövlət Xidməti: "Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq"

2021-09-17

gun az article

Azərbaycanda son sutkada 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

2021-09-17

gun az article

Azərbaycanın rayonlarına dolu düşüb, şimşək çaxıb

2021-09-17

gun az article

Deputatlar azad edilmiş ərazilərdəki ekoloji vəziyyəti təhlil edəcəklər

2021-09-17

gun az article

Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

2021-09-17

gun az article

Səid Xətibzadə: “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İran məxsusdur”

2021-09-17

gun az article

Şuşada qəzaya düşən hərbçi vəfat edib

2021-09-17

gun az article

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub – VİDEO

2021-09-17

gun az article

İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib

2021-09-17

gun az article

Ceyhun Bayramov: "Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir"

2021-09-17

gun az article

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

2021-09-17

gun az article

İran rəsmisi: “Ərak ağır su reaktoru ən qısa zamanda istifadəyə hazır olmalıdır”

2021-09-17

gun az article

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı

2021-09-17

gun az article

İranın Rəcayişəhr zindanında daha 5 məhkum edam edilib.

2021-09-17

gun az article

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir

2021-09-17

gun az article

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib

2021-09-17

gun az article

İran rəsmisi: “İbrahim Rəisi BMT-nin Baş Assambleyasında çıxış edəcək”

2021-09-17