Böyük Azərbaycan ziyalısı Səməd Behrənginin anım günüdür

31.08.2022, 09:07

Bu gün Güney Azərbaycanın görkəmli ziyalısı, uşaq ədəbiyyatının tanınmış nümayəndələrindən biri Səməd Bəhrənginin anım günüdür.

Gunaz.tv Quote | Gunaz article

Səməd Behrəngi 1939-cu il iyun ayının 24-də Güney Azərbaycanın Təbriz şəhərində anadan olub.

İbtidai təhsilini “Tərbiyyət” məktəbində alıb. Sonra təhsilini Təbriz Pedaqoji Texnikumunda davam etdirib. Tələbəlik illərində “Xənde” (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini də bu dövrdə yazıb.

Əmək fəaliyyətinə müəllim kimi başlayıb.

Azərşəhr (Tufarqan) mahalının Mamağan, Gögan ibtidai məktəblərində müəllim işləyib. Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində təhsil alıb (1956-1961). 1957-ci ildən etibarən kənd məktəblərində dərs deyib, kitablarla və çoxlu sayda pedaqoji məqalələr yazıb.

Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzərək Azərbaycan folkloruna aid nümunələri toplayıb. Daha sonra Əhməd Şamlı, Füruz Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə çevirib.

Eyni zamanda fars dilindən doğma dilə çevirdiyi tərcümələri dövri mətbuatda çıxıb.

İlk hekayələri “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. Bundan sonra “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və b. hekayə və nağıllarını yazıb (1967-1969). Maraqla qarşılanan hekayələrindən olan “Balaca qara balıq” azadlığa həsr olunub.

Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi.

İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb, kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilib.

Bakıda “Məhəbbət nağılı” (1987) adı ilə seçilmiş əsərləri kütləvi tirajla buraxılıb.

Ona qədər uşaq ədəbiyyatına aid kitablar yazan olsa belə İran ədəbiyyatçıları qəbul edirlər ki, Səməd Behrəngi İranda uşaq ədəbiyyatının qurucusudur. Həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıblar.

Səməd Behrəngi 1968-ci il avqustun 31-da Güney Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub.

Bakıda ilk dəfə 1987-ci ildə “Məhəbbət nağılı” adı ilə seçilmiş əsərləri kütləvi tirajla buraxılıb.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda bayram günlərində baş verən yol qəzalarında yüzlərlə insan ölüb

2023-03-31

gun az article

Ukrayna nüvə dövləti statusunu qaytarmaq istəyir- Petisiya hazırlandı

2023-03-31

gun az article

İran Daxili İşlər Nazirliyi hicabsızları hədələdi

2023-03-31

gun az article

Qubada soyqırımı qurbanlarının xatirəsi anılır

2023-03-31

gun az article

Blinken və Koen İranı müzakirə etdi

2023-03-31

gun az article

İranla sərhəddə əməliyyat: saxlanılanlar var

2023-03-31

gun az article

Ukrayna İran dronlarını məhv etdi

2023-03-31

gun az article

Rəştdə qadınlar mollanı bıçaqlayıb

2023-03-31

gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30