SON XƏBƏRLƏR

Həmədanda su qıtlığı pik həddə çatıb

2021.10.20, 07:36
Həmədanda su qıtlığı pik həddə çatıb

Gunaz.tv

Həmədan əyalətinin Su Ehtiyatlarının Qorunması Şurası üzvlərinin birgə iclasında çıxış edən valinin müavini 2020-2021-ci ildə əyalətdə qeydə alınan yağıntı miqdarının 281 milimetr olduğunu və yağıntının öncəki illərə nisbətdə 42% azaldığını deyib.

Fərhad Fərzanə əyalətin əsas su təminatçısı olan “Ekbatan” bəndinin suyundan istifadənin düzgün idarə olunmadığı təqdirdə ciddi su çatışmazlığı böhranının qaçılmaz olduğunu qeyd edib.

O, bildirib ki, hazırda Ekbatan su bəndinin ümumi tutumunun yalnız 19%-i doludur.

“Hazırda su bəndində 6 milyon 300 milyon kubmetr su mövcuddur. 

Saniyədə 920 litr içməli suyun bənddən buraxıldığını nəzərə alarsaq su ehtiyatı sürətlə tükənməkdədir”-deyə, Fərhad Fərzanə su qıtlığının yaşanacağı barədə xəbərdarlıq edib.

C.E

فرهاد فرزانه» معاون هماهنگی امور عمرانی استانداری همدان شد - خبرگزاری مهر |  اخبار ایران و جهان | Mehr News Agency

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar