Həmədan və Qəzvin əyalətlərinin kəndlərində içməli su qıtlığı yaranıb

08.12.2021, 16:42

Qəzvin və Həmədan əyalətlərinin bir çox bölgələrində, xüsusilə kəndlərdə əhali içməli su çatışmazlığından əziyyət çəkir. 

Gunaz.tv Quote | Gunaz article

Həmədan əyalətinin Su və Kanalizasiya Şirkətinin su istismarı üzrə sədr müavini Həmidrza Nikdad mediaya verdiyi açıqlamada yay fəslinin bitməsindən aylar keçməsinə baxmayaraq bölgələrdə quraqlıq və içməli su çatışmazlığının davam etdiyini deyib. 

O, Həmədan da daxil olmaqla əyalətin bir çox bölgələrinin əhalisinin içməli suya olan tələbatının səyyar su tankerləri ilə ödəməyə çalışdıqlarını bildirib. 

 Nikdad son həftələr su qıtlığı yaşayan kəndlərin sırasına daha 63 kəndin əlavə olunduğunu qeyd edərək, payızın son ayının olmasına baxmayaraq bölgədə yağıntıların olmaması ucbatından qarşıdakı qış aylarında da su probleminin yaşanacağını qeyd edib. 

Bununla yanaşı Qəzvin əyalətinin Abyek şəhəri və ətraf bölgələrində yaşayan əhalinində içməli su baxımından əziyyət çəkdikləri barədə sosial mediada görüntülər paylaşılıb. 

Məlumatda əhalinin içməli su əldə etmək üçün uzun məsafələr qət edərək qalonlarla su daşıdıqları. Bundan öncə millət vəkillərinin problemin həlli ilə bağlı verdikləri vədlərin özünü doğrultmadığı bildirilib. 

Bundan bir müddət öncə noyabr ayında Həmədan əyalətinin abadlıq işlərinin kordinasiyası üzrə valinin müavini Fərhad Fərzanə əyalətin su çatışmazlığı baxımından böhran astanasında olduğu barədə xəbərdarlıq etmişdi. 

 Bununla yanaşı Qəzvin əyalətinin Abyek bölgəsinin İran parlamentindəki nümayəndəsi Lütvüllah Siyahkəli mətbuata verdiyi müsahibədə Qəzvini “susuzluqdan yanan bölgə" adlandırıb. 

“Qəzvin ölkədə nadir əyalətlərdədir ki, zəngin su qaynaqlarına malik olmasına baxmayaraq, susuz əyalət adı ilə tanınıb və özünün su qaynaqlarını idarəetmə haqqına sahib deyil”-deyə, Lütvüllah Siyahkəli bildirib.

O, uzun illərdir içməli su çatışmazlığının aradan qaldırılması iıə bağlı verilən vədlərin heç birinin özünü doğrultmadığını, problemin həlli üçün özəl sektorun investisiyasına ehtiyac duyulduğunu qeyd edib.
 
C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21