SON XƏBƏRLƏR

Həmədan əyalətinə yeni vali təyin olunub

2021.10.20, 13:13
Həmədan əyalətinə yeni vali təyin olunub

Gunaz.tv

Əlirza Qasimi Fərzad Həmədan əyalətinin yeni valisi vəzifəsinə gətirilib.

Daxili İşlər Nazirliyinin kadrlarından olan yeni vali 1966-cı ildə Həmədanda anadan olub. 

O, bundan öncə bir sıra vəzifələrdə, o cümlədən fərmandar və vali müavini kimi fəaliyyət göstərib.

Regionşünaslıq üzrə magistr dərəcəsinə malik olan və siyasi baxışlarına görə hazırda hakimiyyətdə olan radikal mühafizəkar cərəyana yaxınlığı ilə tanınan Əlirza Qasimi Fərzad İran-İraq savaşı veteranıdır.

O, 66 ay İraqda əsirlikdə qalıb.

C.E
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar