SON XƏBƏRLƏR

Həmədanda şimal dəhlizinin tikintisinə pul ayrılmır

2022.01.07, 14:23
Həmədanda şimal dəhlizinin tikintisinə pul ayrılmır

Gunaz.tv

81 kilometrlik dəhlizin tikintisinin bu günə kimi yalnız 50%-nin həyata keçirildiyini deyən D.Hüseyni layihənin tamamlanması üçün lazım olan 300 milyard tümən vəsaitin ayrılmadığından gileylənib.

“Hal-hazırda 41 layihənin kilometrinin tikintisi üçün 300 milyard tümən lazım olduğu halda cari ildə bunun üçün 20 milyard tümən vəsait nəzərdə tutulub.

Bununla da ən yaxşı halda layihənin 4 kilometrnin işlənməsi mümkündür”-deyə, Yol və Şəhərsalma İdarəsinin başçısı bildirib.

Qeyd olunan layihə 2008-ci ildə başlanılb, ölkə və yerli məsulların iştirakı ilə keçirilən təməlatma mərasimində layihənin qısa müddətdə istifadəyə veriləcəyi bildirilib.

Qeyd edək ki, Güney Azərbaycanın başqa əyalətlərində olduğu kimi, Həmədan əyalətində də yüzlərlə layihə vəsait çatışmazlığı ucbatından yarıımçıq qalıb və hökumətin layihələrin tamamlanması ilıə bağlı verdiyi vədlər yerinə yetirilməyib. 

C.E 
 

مدیر کل غیربومی راه و شهرسازی همدان منصوب شد - عصر همدان

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar