SON XƏBƏRLƏR

Həmədanda içməli su qıtlığı yaranıb

2022.08.18, 05:42
Həmədanda içməli su qıtlığı yaranıb

Gunaz.tv

Qurum kəsintilərin texniki problemlər səbəbindən yarandığını desə də, məsələnin nə vaxt həll olacağı barədə heç nə bildirilməyib.

İyulun 28-də İran prezidenti İbrahim Rəisi Həmədana səfəri zamanı bir sıra məsələlərin, o cümlədən su çatışmazlığının aradan qaldırılacağı ilə bağlı vədlər vermişdi.

Sosial mediada paylaşım edən həmədanlılar İbrahim Rəisinin vədindən sonra su çatışmazlığının daha da şiddətləndiyini yazıb və Rəisinin vətəndaşları aldatmaqla məşğul olduğunu bildiriblər.

Qeyd edək ki, Həmədanda içməli su çatışmazlığı böhran səviyyəsinə çatsa da,  2004-cü ildə başladılan su kəmərinin çəkilişi layihəsi yarımçıq qalıb.

18 il öncə Həmədanın içməli suyunu təmin etmək üçün Talvar su bəndindən çəkilişinə başlanılan su kəmərinin tamamlanmasına pul ayrılmır.

Həmədan valisi Əlirza Qasimi Fərzad layihənin tamamlanması üçün lazim olan vəsaitin ödənilməsi ilə bağlı ölkə prezidenti İbrahim Rəisinin əyalətə nəzərdə tutulan səfəri zamanı məsələ qaldıracaqlarını demişdi.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar