SON XƏBƏRLƏR

Həmədanda əkinçilik texnikasının çoxu yararsızdır

2022.04.21, 11:40
Həmədanda əkinçilik texnikasının çoxu yararsızdır

Gunaz.tv

Mehdi Cahangiri Saleh əyalətdə kənd təsərrüfatı və əkinçilik texnikalarının yarıdan çoxunun köhnə və istifadəyə yararsız durumda olduğunu deyib.

O, Həmədan əyalətində əkin torpaqlarının 90%-dən çoxunda kənd təsərrüfatı işlərinin mexanikləşdirilmiş şəkildə aparıldığını deyərək, yeni texnikaların olmamasını bu sahədə ciddi problemlər yaratdığını söyləyib.

“Əyalətin meyvə bağlarında mexanikləşdirilmiş kənd təsərrüfatı işlərinin əkin sahələrinə nisbətən az olması əyalətin bu sahədə çalışan təsərrüfatçılarının əməklərinin qarşılığını ala bilməmələrinə səbəb olur”-deyə, Cahangiri Saleh bildirib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar