SON XƏBƏRLƏR

Həmədanda onlarla tarixi əşya qaçaqmalçısı saxlanılıb

2021.10.20, 07:36
Həmədanda onlarla tarixi əşya qaçaqmalçısı saxlanılıb

Gunaz.tv

O, cari günəş ilində 45 qanunsuz qazıntı aparan və tarixi əşya qaçaqmalçısının saxlanılaraq məhkəmə orqanlarına təhvil verildiyini deyib.

Hacı Əzizi bununla yanaşı 76 ədəd tarixi əşya, əsər və qanunsuz qazıntılarda istifadə edilən müxtəlif elektron və mexaniki avadanlığın aıkar edilərək götürüldüyünü bildirib.

Mühafizə bölməsinin başçısı ən çox əşyanın aşkar edildiyi bölgənin Nəhavənd,  ən çox qaçaqmalçının saxlanıldığı bölgənin isə Əsədabad olduğunu deyib.

Onun sözlərinə görə, Nəhavənddə 60 tarixi əşya müsadirə olunub, Əsədabadda isə 17 qaçaqmalçı həbs edilib.

Qeyd edək ki, Həmədanda 1830 tarixi abidə, əsər və mədəni irs mövcuddur. Bunlardan 1000-i mədəni əsərlər siyahısında qeydə alınıb.

Əyalətdə tarixi abidələrin çox olması, onların qorunmasına yetərincə diqqət ayrılmaması tarixi əşya qaçaqmalçıları abidələrin ərazisi və tarixi yerlərdə qanunsuz qazıntı aparmağa həvəsləndirir.   

C.E
 

دستگیری ۴۵ حفارغیرمجاز و خریدار اشیای عتیقه در همدان

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar